Elektron ticarət məhdudlaşacaqmı? Kimin mövqeyi üstün olacaq, RYTN-in, yoxsa DGK-nin?

30-01-2015 / 19:52

 Artıq məlumdur ki Dövlət Gömrük Komitəsi (DGK) həqiqətən də elektron ticarətə qarşı sərt xətt götürüb. Həm mediada bununla bağlı açıqlamalar verir, həm də artıq hökumətin qərarına təsir etmək istiqamətində fəaliyyətdədir. Artıq o da məlumdur ki, bu qurum Nazirlər Kabinetinə müraciət edərək indiyədək mövcud olan 1000 $-lıq məhdudiyyətin azaldılaraq 150 manata endirilməsini istəyib.
Beləliklə, əgər bu təklif qəbul olunsa vətəndaşlar 150 manatdan yuxarı olan malı elektron ticarət yolu (xarici internet-mağazalardan) alaraq poçt vasitəsilə gətirərsə rüsum odəməli olacaq.

Nazirlər Kabineti DGK-nin təklifi ilə bağlı tələsik bir qərar layihəsi hazırlayıb. Artıq bu gün o da məlum olub ki, NK bu qərar layihəsini rəy almaq üçün Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye, Maliyyə Nazirlikləri və Dövlət Gömrük Komitəsinə göndərib.

Nazir Əli Abbasovun mövqeyi özünü çox gözlətməyib. Nazirin açıqlamsından görmək olar ki, bu nazrlik qərar layihəsinə rəy verməyəcək.
Gözlənilən idi. Çünki elektron ticarətin inkişafına cavab verən və bu istiqamətdə addımlar atan əsas qurum da məhz RYTN-dir .

Ümid edirəm ki İqtiasdiyayt və Sənaye Nazirliyi də rəy verməyəck. Çünki ölkədə ticarətin , o cümlədən də elektron formada da ticarətin inkişafında bu qurum maraqlıdır və zaman-zaman bu istiqmaətdə bir sıra tədbirlər də keçirirlər.

DGK-nin mövqeyi məlumdur. Maliyyə nazirliyinin mövqeyi haqqında konkret nəsə deməkdə çətinlik çəkirəm .

Beləliklə düşünürəm ki, burada son söz hökumətin olacaq.
Fikrimcə ölkə rəhbərliynin son dövrlərdəki çıxışlarını, ölkədə İKT-nin inkişafına verilən siyasi dəstəyi, qlobal dünya ilə inteqrasiya istiqamətində atılan addımları, tez-tez keçirilən və keçirələcəyi gözlənilən beynəlxalq miqyaslı tədbirləri, ölkənin imici üçün yaranacaq situasiyanı nəzərə alsaq indiki halda əvvəkli qərarın dəyişilməsini gözləmək o qədər də real görsənmir.

Ölkə başçısının çıxışlarında və son addımlarında onu da müşahidə etmək olur ki birbaşa əhalinin cibinə təsir edəcək, sadə vətəndaşların maddi rifa halına təsir edəcək qərarlardan imtina olunur.

Elə nazir Əli Abbasobv bu gün vətəndaşlarla keçirilən görüşündə hazırda qüvvədə olan qəararın məhz əhalinin maraqları üçün qəbul edildiyini və onların alıcılıq qabiliyyəti nəzərə alınaraq qəbul edildiyini bildirməsi də təsadüfi deyil.

Bu qərarın qəbul ediləcəyi təqdirdə kimlərin qazanacağı isə düşünürəm ki heç kimə sirr deyil.

Yeni qərarın qəbulunu diktə edən şərtlər isə həqiqətən də qeyri-ciddi səslənir .
İlin günün bu vaxtında, texnologiyanın inkişaf etdiyi indiki durumda, vergilərdən , gömrük rüsumundan yayınıb kiminsə gizli olaraq kommersiya ilə məşğul olacağını düşünmək sadəlövhlük olardı. Əlbəttə bunu istəyənlər var və istiasna etmirəm ki məşğul olanlar da var. Amma onun aşkara çıxarılmasının mümkünsüz olduğunu demək inandırıcı deyil.
Biz də sui istifadə ilə, vergisiz-rüsumsuz yolla kommersiyanı dəstəkləmirik . Bununla bağlı mövqeyimizi də bildrimişik

Hesab edirik ki texnologiyaların ən yüksək inkişaf etdiyi Vergilər Nazirliyi və yetərncə inkişaf etmiş informasiya sistemlərinə malik olan, son dövlərdə gömrük sisteminin informasiyalaşması istiqamətində ciddi addımlar atan DGK-nin imkanları var ki bunu bir anda aşkara çıxarsınlar. Bu şəxsən mənə gün kimi aydındır .

Həm də əgər söhbət mobil telefonlarla bağlıdırsa onda sui-sitifadə ilə kommersiyanın qarşısını almaq daha asandır. Məlumdur ki, ölkədə mobil telefonlarla bağlı iki nəhəng informasiya sistemi formalaşır : biri DGK-də və biri də RYTN-nin MHM qurumunda. Belə olan halda bu iki qurum birgə elə təkmil bir sistem qura bilər ki, eyni adamın nə zaman, hansı telefondan və neçəsini gətridiyini bir anda müəyyən etmək olar.

Ümid edirəm ki hökumət bütün nüansları araşdıracaq, ölkədə elektron ticarətin qarşısını alan qərar qəbul etməkdən çəkinəcək.
Nəzərə almaq lazımdır  hazırda ölkədə elektron ticarətin dəstəklənməsi istiqamətində bir sıra dövlət qurumları tərəfindən müəyyən addımlar atılır. RYTN yanında İT-nin İnkiafı Dövlət Fondu bu sahəyə qrantlar və güzəştli kreditlər verir.
Belə bir məqamda, fikrimcə məhz indiki anda, ölkədə İnternetin inkişaf etdiyi, plastik kart daşıyıcılarının sayının artdığı indiki məqamda, hökumətin yerli elektron ticarətin, yerli internet mağazaların inkişafını stimullaşdıran və onlara dəstək verən, vergi güzəştləri tətbiq edən qərarlarının qəbul edilməsi daha düzgün və daha faydalı olardı .

Osman Gündüz
30.01.2015


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə