Previous Next
Bağla

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016 09:53
“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

E-dövlətin formalaşdırılması və effektli idarə olunması üçün mexanizmlərin işlənməsi, informasiya cəmiyyətinin formalaşmasının multidissiplinar problemləri, eləcə də “Vahid rəqəmsal bazar” konsepsiyasının reallaşdırılması, Əşyaların İnterneti və sosial medianın aktual elmi-nəzəri problemlərinin araşdırılması nəzərdə tutulur.

Xeberler.az-ın məlumatına görə, bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov 17 saylı şöbənin 2016-cı il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı bildirib.

R.Mahmudov cari ildə viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi, viki-mühitdə böyük verilənlərlə bağlı problemlərin Big Data texnologiyaları vasitəsilə həlli yolları, viki-texnologiyaların elektron kitabxanalara tətbiqi perspektivləri, viki və bulud texnologiyalarının oxşar və fərqli cəhətlərinin tədqiq olunacağını diqqətə çatdırıb.

Sektor müdiri qeyd edib ki, şöbədə milli İnternetskopiya sisteminin işlənməsi, intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi, intellektual elektron dərsliklərin yaradılması və proqram məhsullarının informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi üzrə elmi araşdırmalar aparılır.

Şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açan R.Mahmudov Viki-Mərkəz layihəsi üzrə həyata keçiriləcək tədbirlərdən danışıb. Bildirib ki, layihə çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının Vikipediya ensiklopediyasının müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanması məqsədilə treninqlərin təşkili, vikimetrik tədqiqatların aparılması, Azərbaycanla bağlı kontentin Vikipediyaya daxil edilməsi, informasiya müharibəsi hadisələri və faktları haqqında məlumatların aşkarlanması nəzərdə tutulur.

Məruzəçinin sözlərinə görə, şöbənin əməkdaşları tərəfindən doktorant və dissertantlara “Vikipediya virtual ensiklopediyası”, “İnformasiya müharibəsi texnologiyaları”, “İnformasiya cəmiyyətinin əsasları”, “İnternetin tənzimlənməsi problemləri” mövzularında mühazirələr oxunur, “Beynəlxalq elmi bazalara çıxış imkanları və məqalələrin çap etdirilməsi texnologiyası” mövzusunda seminar və treninqlər keçirilir.

R.Mahmudov “Sosial medianın multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransının təşkili işləri haqqında da məlumat verib. Beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlərdən söz açaraq Rusiyanın İnformasiya Cəmiyyətinin İnkişafı İnstitutu, Estoniyanın E-idarəçilik Akademiyası, Çex Respublikasının Hradec Kralove Universiteti və Brno Texnoloji Universiteti, Türkiyənin İstanbul Bilgi Universiteti və Yaşar Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb.

Həmçinin elmi-təşkilati fəaliyyət, elmi-texniki konfranslarda iştirak, beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, əldə olunmuş nəticələrin КİV-də təbliği və s. ilə bağlı görüləcək işlərdən danışıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  XXI əsrin ən mühüm çağırışlarından olan Əşyaların İnterneti sahəsi üzrə zəruri biliklərin sistemləşdirilməsi və ictimaiyyətin bu barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
Viki-Mərkəzin fəaliyyəti  müzakirə olunub

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016
Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
Sosial medianın problemləri ilə bağlı  konfrans keçiriləcək

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016
Elmi Şuranın 6-cı iclası keçiriləcək

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023
Viki-mərkəz fəaliyyətini davam etdirir

Viki-mərkəz fəaliyyətini davam etdirir

02-10-2019
E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

E-dövlət üçün effektiv audio-video xidmətləri mühiti formalaşdırılacaq

15-01-2016
“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

“Big Data problemi üzrə elmi-tədqiqatlar davam etdiriləcək”

13-01-2016
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

Audiovizual texnologiya və e-tullantı problemləri araşdırılacaq

23-01-2017
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib

Viki-Mərkəzin fəaliyyəti müzakirə edilib

09-12-2015
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026
İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

İnternetdə reklam-marketinqlə bağlı yeni metod hazırlanır

22-02-2016
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019
 İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

16-03-2023
Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024
E-təhsil mühitinin inkişafı müzakirə edilib

E-təhsil mühitinin inkişafı müzakirə edilib

02-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə