Previous Next
Bağla

“Mərkəzdə distant tədris prosesi də həyata keçirilir”

23-12-2016 16:44
“Mərkəzdə distant tədris prosesi  də həyata keçirilir”

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin hesabatını təqdim edib.

Rasim Əliquliyev bildirib ki, il ərzində institut əməkdaşları tərəfindən Big Data və Data mining, bulud (cloud) texnologiyaları, informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya cəmiyyəti, elektron tibb və elektron elmin formalaşması problemləri, kompüter şəbəkələri, o cümlədən  e-kitabxana, informasiya iqtisadiyyatı, terminoloji informatika kimi prioritet istiqamətlər üzrə elmi-tədqiqat işləri aparılmış, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunub.

Onun sözlərinə görə, institutda əldə olunmuş mühüm elmi nəticələrlə bağlı məlumatı tədbir iştirakçılarını məlumatlandırılıb:

 “Cari ildə institutda mövcud hesablama resursları daxilində Big Data-nın klasterləşdirilməsi üçün yüksək hesablama məhsuldarlığına malik metod təklif olunmuş, mətnlərin optimal referatının yaradılması üçün riyazi model və adaptiv diferensial evolyusiya alqoritmi işlənib. Həmçinin mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli və onun həlli üçün insan təliminə əsaslanan optimallaşdırma alqoritmi hazırlanıb”.

İnstitut direktoru həmçinin buludların dinamik federallaşması üçün intellektual agentlər əsasında qeyri-səlis kollaborativ hibrid İntRep adlı reputasiya modelinin təklif edildiyini söyləyib. O, qeyd edib ki, bulud texnologiyalarında hesablama resurslarının istifadəçilər arasında optimal paylanması alqoritmi işlənib, bu texnologiyaların yaddaş resurslarından səmərəli istifadə üçün metod təklif edilib.

İnstitutda, habelə informasiya təhlükəsizliyi insidentlərinin emalı prosesinin kütləvi xidmət modeli işlənmiş və müxtəlif prioritetli insidentlərin emalının ehtimal xarakteristikaları müəyyən edilib. Səs nümunələri əsasında dialektlərin avtomatik tanınması üçün akustik əlamətlər əsasında model, insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında istifadə olunan həndəsi əlamətlərin qiymətlərinin əhəmiyyətlilik dərəcəsinin tapılması üçün alqoritm təklif edilmiş və digər istiqamətlərdə tədqiqatlar aparılıb.

Akademik elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi dövlət proqramları, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, həmçinin Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən maliyyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnallarının redaksiya heyətində, beynəlxalq konfransların proqram komitələrində təmsilçilik və elmi ekspertiza fəaliyyəti, elektron  elmin  formalaşması üzrə praktiki fəaliyyət və s. barədə məlumat verib.R.Əliquliyev AzScienceNet elm kompüter şəbəkəsi, Viki-Mərkəz, Multimedia Mərkəzi, Olimpia Mərkəzi və institutun www.ikt.az saytının fəaliyyəti barədə danışdı, eləcə də 2016-cı ildə institut tərəfindən yaradılmış veb-saytlar barədə də danışıb.

Alim institutun Tədris-İnnovasiya Mərkəzində AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirildiyini, AMEA-nın magistratura pilləsində təhsil alanlara ümumi və ixtisas fənlərinin tədrisi, respublika üzrə doktorant və dissertantlara “Elm informatikası” fənninin tədrisi və test imtahanlarının təşkilini və həyata keçirildiyini qeyd edib.

Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisələrində ixtisas imtahanlarının test üsulu ilə keçirilməsinə dəstək məqsədilə “Elektron Test Sistemi” yaradılıb.. Mərkəzdə distant tədris prosesinin də həyata keçirildiyini bildirən akademik regionların doktorant və dissertantlarının “Elm İnformatikası” fənnindən doktorluq imtahanlarının İnternet üzərindən onlayn şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017
Doktorantura  imtahanları elektron test üsulu ilə keçiriləcək

Doktorantura imtahanları elektron test üsulu ilə keçiriləcək

15-09-2015
AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirildi

10-06-2015
“Ölkədə distant tədris mərkəzlərinin  sayı artırılacaq”

“Ölkədə distant tədris mərkəzlərinin sayı artırılacaq”

08-01-2016
Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

Aleksandr Sergeyev İnformasiya Texnologiyaları İnstitutunda olub

22-05-2019
Doktorluq imtahanları distant formada keçirilib

Doktorluq imtahanları distant formada keçirilib

31-01-2017
Gəncədəki elmi tədqiqatçılar distant  formada imtahan verib

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016
Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

Elmi informatika fənninin yeni proqramı müzakirə edilib

09-04-2015
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

AzScienceNet -in 95 faizi fiber-optik kabel əsasında qurulub

09-07-2015
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

Tədqiqatçıların informatika üzrə hazırlığı kitabı çapdan çıxıb

30-03-2019
Doktoranturaya qəbul üçün test nümunələri hazırlanır

Doktoranturaya qəbul üçün test nümunələri hazırlanır

05-10-2015
Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

Uşaqların internetdə təhlükəsizliyi ilə bağlı yeni tədbirlər hazırlanır

20-02-2016
Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016
AzScienceNet-in imkanları genişləndirilir

AzScienceNet-in imkanları genişləndirilir

09-03-2017
Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016
 Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

Təhsil müəssisələri AMEA-nın Wi-Fi şəbəkəsindən istifadə edəcək

14-04-2017
Distant tədris mərkəzlərinin fəaliyyəti  genişləndirilir

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016
Doktoranturaya qəbul test texnologiyaları əsasında keçiriləcək

Doktoranturaya qəbul test texnologiyaları əsasında keçiriləcək

03-07-2015
Test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır

Test texnologiyaları bilik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır

13-10-2015
Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə