Previous Next
Bağla

TV bazarının dəyişən tendensiyaları

29-06-2026 13:55
TV bazarının dəyişən tendensiyaları

Görüntü yaxşılaşdıqca internet sürətinin yetərsizliyi daha çox hiss olunur

İnsan gözünün tələbi və ekran texnologiyalarının inkişafı istehlakçı davranışlarının formalaşmasında və internet trafikinin artmasında ciddi rol oynayır. İnsan gözü böyük ekranda yaxın məsafədən baxdıqda 1080p-nin piksel sərhədlərini görə bilir. 4K isə eyni ekranda dörd dəfə çox piksel yerləşdirir (8,3 milyon vs 2,1 milyon), nəticədə görüntü “kəskin” deyil, daha “real” görünür. 8K bu həddi daha da irəli aparır və 33 milyon piksel ilə böyük ekranlarda tamamilə qüsursuz görüntü əldə edilir.

Ekran istehsalçıları bu tələbi eyni zamanda həm yaradır, həm də ödəyir. Dünya üzrə satılan smart televizorların 70%-dən çoxu artıq 4K dəstəkləyir. Ekran qiymətlərinin düşməsi isə keçidi sürətləndirir. 2015-ci ildə 55 düymlük 4K televizor 2.000 dollar idi, 2024-cü ildə eyni ölçü 400-500 dollara satılır. Qiymətlərin əlçatan olması kütləvi tələbi formalaşdırdı.

2025-ci ildə 4K texnologiyası bazarı 257,9 milyard dollar dəyərində idi, 2035-ci ilə qədər isə illik 20% CAGR ilə 1,6 trilyon dollara çatacağı proqnozlaşdırılır. 8K texnologiyası bazarı isə 2025-2033 illəri arasında 39,69% CAGR ilə böyüyərək 2033-cü ildə 539,75 milyard dollara çatacağı gözlənilir. Bu rəqəmlər göstərir ki, istehsalçılar artıq 4K-nı minimum standart hesab edir, 8K-ya keçid isə qaçılmazdır.

OLED və MicroLED texnologiyalarının inkişafı məsələni daha da irəli aparır. Bu ekranlar daha dərin kontrast, daha parlaq rənglər və daha yüksək enerji səmərəliliyi təqdim edir. Yüksək keyfiyyətli ekrana sahib olan istehlakçı isə avtomatik olaraq həmin ekranın potensialını reallaşdıracaq məzmun axtarır. Bu da platformaları yüksək keyfiyyətli məzmun istehsalına sövq edir. Burada “toyuq-yumurta” paradoksu var.

Bu paradoksun yaranmasında Çin istehsalçılarının xüsusi rolu var. 2014-cü ildə qlobal TV bazarında Koreya brendləri dominantlıq təşkil edirdi. Belə ki, Samsung bazarın 31%-ni, LG isə 16%-ni tutaraq birlikdə dünya bazarın demək olar ki, yarısını əhatə edirdi. Eyni zamanda Çin brendləri olan TCL və Hisense isə birlikdə cəmi 8% bazar payına sahib idilər. On il sonra mənzərə kökündən dəyişdi. Samsung-un bazar payı 19%-ə, LG-ninki 12%-ə endi. TCL və Hisense isə ayrı ayrılıqda bazar payını 13%-ə qaldıdı.

Bəzi mütəxəssislərin fikrincə, bu dəyişiklik Çin brendlərinin aqressiv qiymət strategiyası sayəsində mümkün olub. Bu strategiya onlara Braziliya, Hindistan, Cənub-Şərqi Asiya və Afrika kimi inkişaf etməkdə olan bazarlarda dominant mövqe əldə etməyə imkan yaradıb.

Qrafik 2-də göründüyü kimi eyni ölçü və oxşar funksionallıqda televizorlar arasında qiymət fərqi demək olar ki, 2–2.5 dəfədir. 65 düymlük 4K Smart TV seqmentini götürsək, qiymət fərqi çox dramatikdir. TCL və Hisense modelləri bazarda ən ucuz seçimlərdir, Samsung orta-yuxarı seqmentdədir, LG və Sony isə premium (OLED) kateqoriyasında ən bahalı variantlardır.

2014-cü ildə orta 55" Smart TV ~1200$ idi. 2024-cü ildə eyni kateqoriyada TV nominal qiymətlə 67% ucuzlaşaraq ~400$-a düşüb. Bu tendensiya yaxın illərdə də davam edəcək və MiniLED, OLED və 8K texnologiyaları Çin istehsalı ilə daha da sürətlə kütləviləşəcək.

Ümumi mənzərəyə baxsaq istehlakçı yüksək keyfiyyətli ekranları daha ucuz əldə edə bilir. Bu isə öz növbəsində daha keyfiyyətli məzmun və nəticə etibari ilə daha çox data və internet sürətinə tələb yaradır.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Televizor bazarında “Samsung” liderdir

Televizor bazarında “Samsung” liderdir

14-04-2015
LG Electronics OLED televizor istehsalında dünya lideridir

LG Electronics OLED televizor istehsalında dünya lideridir

19-12-2019
“Samsung” bazarda liderliyini itirib

“Samsung” bazarda liderliyini itirib

22-05-2026
 “4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

“4K” displeylər bazarının həcmi 52 milyard dollara çatacaq

21-04-2015
Hər beşinci televizor 4K texnologiyasını dəstəkləyəcək

Hər beşinci televizor 4K texnologiyasını dəstəkləyəcək

22-06-2015
Koreyalılar insan tükü qalınlığında OLED-ekran təqdim ediblər

Koreyalılar insan tükü qalınlığında OLED-ekran təqdim ediblər

31-10-2008
“Samsung” Çin bazarını tərk edir

“Samsung” Çin bazarını tərk edir

07-05-2026
LG Display-dən elastik ekran

LG Display-dən elastik ekran

23-07-2015
Dünyada televizorların tədarükü 3 faiz artıb

Dünyada televizorların tədarükü 3 faiz artıb

06-05-2015
Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

06-12-2024
İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

24-06-2026
Ötən il 1,36 milyard smartfon istehsal edilib

Ötən il 1,36 milyard smartfon istehsal edilib

27-01-2017
2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

07-09-2018
LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondur

LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondur

22-11-2019
Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

Bu il smartfonlar bazarında 7 faizlik artım proqnozlaşdırılır

08-06-2016
İstehlak elektronikası bazarında illik artım 4 faiz olacaq

İstehlak elektronikası bazarında illik artım 4 faiz olacaq

27-05-2015
2015-ci ilin ən yaxşı ağıllı saatları

2015-ci ilin ən yaxşı ağıllı saatları

28-12-2015
“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir

12-01-2017
Dünya İT bazarında durğunluq gözlənilir

Dünya İT bazarında durğunluq gözlənilir

10-07-2019
“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

“Əşyaların İnterneti” bazarının həcmi 1,7 trilyon dollara çatacaq

03-06-2015
Dünyada ən böyük OLED displey yaradılıb

Dünyada ən böyük OLED displey yaradılıb

15-08-2017
Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016
Çində OLED-displeylərin istehsalı təşkil olunub

Çində OLED-displeylərin istehsalı təşkil olunub

13-10-2008
Facebook reklam bazarında üstünlüyü ələ alıb

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə