İndiki dövrdə kommunikasiya texnologiyaları son dərəcə böyük əhəmiyyət daşıyır. Şirkətdən Xəbərlər.az-a verilən məlumata görə başda mobil telefonlarımız olmaqla, internet, peyk, kabelsiz rabitə kimi bir çox telekommunikasiya texnologiyası bizi əhatə etməkdədir. Xüsusilə mobil telefonlarda istifadə olunan Yeni Nəsil texnologiyaları isə hər ötən gün daha da inkişaf edir. Bu yazımızda Yeni Nəsil texnologiyalarından biri olan 4G və onun ölkəmizdə tətbiqindən söhbət açacağıq.
Amma əvvəlcə 4G-nin tarixi və sürəti barədə...
lk dəfə 4G texnologiyası 14 dekabr 2009-cu il tarixində Stokholm və Oslo şəhərlərində tətbiq olunub. Heç bir il keçmədən TV kanalları İsveç Şahzadəsinin toy mərasimini 4G üzərindən canlı olaraq yayımladı. Elə həmin il 4G həm də Finlandiyada təqdim olundu. TeliaSonera bu ölkədə və dünyada 4G-ni təklif edən ilk operator oldu.
4G xidməti, məlumatların, internet və zəng xidmətlərinin daha sürətli və keyfiyyətli ötürülməsini təmin edir. Məsələn bu xidmət vasitəsilə, abunəçilər veb səhifələri bir göz qırpımında aça, şəkilləri sosial şəbəkələrə dərhal yükləyə və HD filimləri online kəsintisiz izləyə bilərlər.
Dördüncü nəsil texnologiyalara aid olan LTE texnologiyası vasitəsilə mobil şəbəkələrdə məlumatların ötürülməsi sürəti 326,4 Mbit/s-ə çatır. Bu da mobil televiziya, mobil maliyyə, təhsil, səhiyyə və digər sosial xidmətləri asanlıqla, yüksək keyfiyyətlə təqdim etməyə imkan verir. Bu texnologiya eyni zamanda korporativ sektorda fəaliyyət göstərən istifadəçilər üçün böyük imkanlar yaradır. Belə ki, onlar dünyanın istənilən yerində böyük həcmdə faylların mübadiləsini tələb edən işləri öz mobil qurğuları vasitəsilə həyata keçirə, videokonfranslarda iştirak edə bilərlər.
Orta hesabla 5 dəqiqəlik bir mahnı mobil şəbəkələrdən 100 saniyədə, HSPA ilə 10 saniyədə 4G texnologiyası ilə isə 0,38 saniyədə yüklənir. Bundan əlavə, HD keyfiyyətindəki 1 saatlıq film mobil şəbəkələrdən 3 gün, HSPA ilə 8 saat, 4G ilə 17 dəqiqədə kompüterimizə yüklənə bilir. Bu faktlar 4G-nin daha öncəki sələflərindən nə qədər güclü bir texnologiya olduğunu açıq şəkildə, əyani sübutlarla nümayiş etdirir. Ümumilikdə bu texnologiyada əlaqə sürəti mobil telefonlarda 100mps , Wi-Fi şəbəkələrdə 1Gbpsdir. Eyni zamanda Wimax bant genişliyi ilə eyni boydadır. Bu 3G texnologiyasının təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur.
Ümumilikdə dünya üzrə 4G qoşulmaların yarısından çoxu Şimali Amerikanın (ABŞ-da qurulan genişmiqyaslı LTE şəbəkələr sayəsində), 39%i inkişaf etmiş Asiya-Sakit Okean ölkələrinin (ən iri şəbəkələr Yaponiya və Cənubi Koreyada yaradılıb) düşüb.
4G Azərbaycanda…
Dünya tendensiyalarına nəzər salsaq görərik ki, dördüncü nəsil şəbəkələrin aktiv inkişaf etdirilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, avadanlıq istehsalçıları, operatorlar və tədqiqat mərkəzləri artıq növbəti telekommunikasiya şəbəkələrinin yaradılması üzərində işlər aparırlar. Lakin “J'son & Partners Consulting” şirkətinin araşdırmalarına əsasən, LTE şəbəkələrinin istifadəsi üzrə qızıl dövrü 2012-ci ildə müşahidə olunub. Məhz həmin ildən etibarən 4G şəbəkəsi yerli abunəçilərin ixtiyarına verilib.
Azərbaycanda da 4G xidmətlərini təklif edən ilk şirkət Azercell Telekom olub. Belə ki, şirkət 2012-ci ildə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. Bununla da Azercell yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edən şirkət oldu.
Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan GlobalWirelessSolutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, bu gün Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Şəbəkənin təmin edilməsində Ericsson şirkətinin avadanlığından istifadə edilir.
Azercell abunəçilərinin sürətli mobil internetə olan tələbatını nəzərə alaraq 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb İyun ayının sonuna isə stansiyaların sayını 220-yə qədər artırıb. Hal-hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırılıb. Bununla da sürətli mobil internetə ən çox tələbat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79% çatıb və abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən istifadə imkanı yaradıb.
Artıq Bakı və Abşeron yarımadasında 4G-nin əhatəsi üzrə yaxşı nəticələr əldə olunmuşdur. Növbəti hədəf – Azərbaycanın digər böyük şəhərləridir. 2017-ci ildə artıq şirkət regionlarda əsaslı şəkildə 4G-nin əhatəsinə nail olmağı qarşısına məqsəd qoyur. Yalnız bu il ərzində Azercell-in 4G şəbəkəsinə yatırdığı investisiya 8 mln manat təşkil etmişdir.
Azercell-dən verilən məlumata əsasən , şirkət 4G şəbəkəsinin tutumunu və əhatə dairəsini daim genişləndirməklə yanaşı 4G-nin sürətli internetini daha əlçatan etmək məqsədi ilə SİM kart dəyişikliyinə ehtiyac duyan bütün istifadəçilər üçün may ayından etibarən 4G dəstəkləyən SİM kartları tam ödənişsiz təqdim edir və 4G xidmətləri və onlardan istifadə qaydaları barədə məlumat verir. Artıq bütün Azercell abunəçiləri istənilən Azercell Müştəri Xidmətləri Mərkəzi və Azercell Ekspres ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə edə bilərlər.
Bununla yanaşı, əhali arasında 4G –ni dəstəkləyən cihazlara olan tələbatı qarşılamaq üçün Azercell öz müştərilərinə bu il ərzində artıq iki güzəştli smartfon kampaniyasını təqdim etdi. Hədsiz tarifinə qoşularaq İphone S6 və Samsung S6 Edge mobil cihazlarını güzəştli şərtlərlə əldə etmək imkanını qazandıran bu kampaniyalar abunəçilərin rahatlığını təmin etməklə yanaşı, ölkədə 4G istifadəçilərinin də sayının artmasına xidmət edir.
Həmçinin, abunəçilərə müxtəlif əlverişli internet paketləri təqdim edən Azercell, təkcə son il ərzində Mobil İnterent tariflərində 55%-ə qədər endirim edib. .
Şirkətdən verilən məlumata görə 4G texnologiyasının uğurlu tətbiqində əsas məqsəd yüksək sürətli interneti hamı üçün əlçatan etməkdir.
Bizə isə bu texnoloji inkişafdan faydalanmaq və yeni

Bizə isə bu texnoloji inkişafdan faydalanmaq və yeni innovasiyaları izləmək qalır
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri