Yaxşı universitetdə təhsil almısınız və texnologiyanın bir çox sahələri haqqında kifayət qədər məlumatınız var. Apple şirkətinə iş üçün müraciət etmisiniz və sizə bildiriş gəlir ki, CV-niz qəbul edilib. Beləliklə, şirkət sizi müsahibəyə dəvət edir.
Əslində çox insan üçün bu xəyal kimi görünsə də, nə vaxt, nə olacağı məlum deyil. Əgər sizin Apple şirkətinə iş üçün müraciətiniz qəbul olunarsa, müsahibədə sizə bəzi suallar veriləcək.
Xeberler.az xarici mətbuata istinadən bu sualları sizə təqdim edir:
-Bizə ən yaxın dostunuz haqqında danışın.
-Başınıza gələ biləcək ən qəribə bir problem tapın və bunu necə həll edəcəyinizi izah edin.
-8 yaşındakı bir uşağa modemi və funksional vəziyyəti necə izah edərsən?
-Dünyada hər gün neçə uşağın doğulduğunu bilirsən?
-Məsələn, səni işə qəbul etdik, burada hansı işi görmək istərdin?
-Mağazada 20 dəqiqədir ki, kömək gözləyən müştəri var və həmin müştəri çox hirslidir. Bu problemi həll etmək üçün nə edərsən?
-Bir qələmin hazırlanması üçün nə qədər xərc lazımdır?
-Mağazada yanınıza bir müştəri gəldi və sizdən “qədim dövrdən qalma” bir kompüter istədi. Nə edərsiniz?
-Ağıllısan? ("hə" desən bir dərddi, "yox" desən ayrı bir dərd)
-Bu vaxta kimi hansı səhvləri etmisiniz və bu səhvlərdən nə nəticə çıxartmısınız?
-Daha əvvəl işlədiyiniz şirkətin direktoru ilə problem yaşadığınız və ona “yox” dediyiniz vaxtlar olub?
-Bizə həyatda etməkdən qürur duyduğunuz bir şey haqqında danışın.
-Səni işə qəbul etməyimiz üçün bir səbəb de.
-Həqiqətən yaracıdısınızmı? Bu vaxta kimi etdiyin yaradıcı bir şey haqqında danışın.
-Müştəri ilə yaşadığın problemləri həll etmənin ən yaxşı yolu nədir?
-Şirkətimizin adının Apple Computers-dən Apple Inc.-ə dəyişdiyinin səbəbini bilirsən?
-Müsahibədə olduqca pozitiv görünürsən. Bəs ən çox necə hadisələr sənin əhvalını pozur?
-İndi niyə bizimlə görüşürsən?
-Son 4 ildə yaşadığın ən yaxşı və pis günündə nələr oldu?
-Apple mağazasına müştəri olaraq daxil olduğunda ilk gözünə sataşan nədir?
-Apple şirkətinə işə qəbul olmağı niyə istəyirsən?
-Telefonundakı ən bəyəndiyin tətbiq nədir? Və niyə?
-Özünü 5 ildən sonra harda görürsən?
-Bir çörək qızardan maşını (toast machine) necə yoxlayardın?
Sevinc Əsədova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri