“ASAN xidmət” və QDİƏT-in Baş katibliyi birgə vebinar keçirib

06-03-2025 / 16:30

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə işçi qrupunun vebinarı keçirilib.

Xeberler.az bildirir ki, tədbir “Dövlət xidmətlərinin göstərilməsində səmərəli vətəndaş münasibətlərinin idarə edilməsi sistemlərinin inkişafı və tətbiqi” mövzusuna həsr olunub.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli vətəndaş münasibətlərinin idarə edilməsi sistemləri, vətəndaş məmnunluğunun artırılması olub. O cümlədən bu sahədə innovativ həllərin tətbiqi ilə əlaqədar təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumları arasında birgə təcrübə mübadiləsinin aparılması diqqətdə saxlanılıb.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müvafiq sistemlərin tətbiq edilməsinin vacibliyi, habelə bu sahədə “ASAN xidmət” mərkəzlərində istifadəsini tapmış innovativ həllər barədə məlumat verib.

Proqram çərçivəsində müxtəlif sessiyalarda Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin müvafiq dövlət qurumlarının rəsmiləri tərəfindən geniş təqdimatlar edilib, suallar cavablandırılıb.

QDİƏT-in Baş katibliyi müvafiq vebinarın təşkilata üzv dövlətlər arasında səmərəli təcrübə mübadiləsinin təşviqində xüsusi rolunu vurğulayıb.

Qeyd edək ki, Dövlət Agentliyi müvafiq sahədəki qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik işçi qrupunun 2023-2025-ci illər üçün ölkə üzrə koordinatoru seçilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə