Cari il oktyabrın 13–15-də Azərbaycan informasiya resurslarına qarşı paylanmış xidmətdən imtina (DDoS) hücumları həyata keçirilib.
Xeberler.az məlumat verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Məlumata əsasən, “Telegram” platformasında fəaliyyət göstərən “313 Team” adlı haktivist qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Hücumlar zamanı dövlət qurumlarının, media təşkilatlarının, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların informasiya resursları hədəfə alınıb.
Milli CERT tərəfindən aparılan texniki araşdırmalar nəticəsində hücumların həyata keçirilməsində “Litterbox” (“Catbox” adı ilə də tanınan) adlı kommersiya DdoS xidmətindən istifadə edildiyi müəyyən olunub. Sözügedən xidmət “Telegram” kanalları vasitəsilə təqdim edilir və ödənişlər kriptovalyuta ilə qəbul olunur.
Xidmət GRE, ICMP, UDP və TCP kimi müxtəlif şəbəkə protokolları üzərindən intensiv trafik yaradaraq hədəf resursların əlçatanlığını pozmağa yönəlmiş hücumlar həyata keçirməyə imkan verir. Kommersiya botnet xidmətlərindən istifadə DDoS hücumlarının təşkilini asanlaşdıran amillərdən biridir. Bu cür xidmətlər hücumların texniki imkanlarını genişləndirərək müxtəlif təşkilatların informasiya resursları üçün əlavə kibertəhlükəsizlik riskləri yaradır.
Araşdırma zamanı, həmçinin xidmətin hücum trafikinin əvvəlcədən seçilmiş ölkələrdə yerləşən botlar vasitəsilə yönləndirilməsinə imkan verdiyi müəyyən edilib. Bu xüsusiyyət hücum trafikinin coğrafi mənşəyinə əsaslanan müdafiə tədbirlərinin effektivliyini azalda bilər.
Milli CERT tərəfindən analoji kibertəhdidlərin araşdırılması, informasiya resurslarının mühafizəsinin gücləndirilməsi və mümkün insidentlərin təsirinin azaldılması istiqamətində tədbirlər davam etdirilir. Araşdırılan hücum kampaniyasına aid komprometasiya indikatorları Agentliyin aktiv istifadə etdiyi İnsident Məlumatlarının Mübadiləsi Platformasına (misp.cert.az) əlavə edilib.
Müvafiq təşkilatlara informasiya resurslarının dayanıqlılığını artırmaq, şəbəkə trafikini davamlı monitorinq etmək və DDoS hücumlarına qarşı mühafizə mexanizmlərini gücləndirmək tövsiyə olunur.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları