Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov, “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Naxçıvan RİTN-in aparat rəhbəri Aqil Həsənov, eləcədə ölkənin özəl telekommunikasiya şirkətlərinin təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti cari ilin 21-22 aprel tarixində İstanbulda keçirilmiş “Caspian Telecom” - Türkiyə, Xəzər və Qara dəniz regionları, Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə 8-ci regional sərgi-konfransında iştirak edib.
Konfransın rəsmi açılış mərasimindən sonra keçirilən ilk plenar iclasda Azərbaycan nümayəndə heyəti adından İ. Mərdanov “Azərbaycanda İKT-nin inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edib. Azərbaycanda İKT sektoruna göstərilən dövlət dəstəyindən danışan İ Mərdanov, bu sahədə görülmüş işlər, əldə olunmuş nailiyyətlər, eləcədə qarşıdakı illərdə ölkəmizdə İKT-nin sürətli yüksəlişinin davam etdirilməsi məqsədilə həyata keçiriləcək layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.
Konfransın 2-ci günündə “Aztelekom” İstehsalat Birliyinin baş direktoru M. Məmmədovun “Azərbaycan regionlarının telefonlaşdırılması” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edək ki, konfransa Türkiyə, Rusiya, Ukrayna, Rumıniya, Moldova, Qazaxıstan və Gürcüstan rabitə administrasiyasının rəsmiləri, həmçinin Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Çexiya, Polşa, İsrail, Latviya və digər ölkələrin aparıcı İKT şirkətlərinin nümayəndələri qatılıblar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri