“Azərbaycanda infrastruktur layihələr üzrə qabaqcıl innovativ həllər tətbiq olunur” - Müsahibə

28-08-2015 / 16:17

Müsahibimiz Ultra şirkətinin Biznes Xidmətlər Qrupu Proqram təminatı komandasının rəhbəri Anar Məmmədov şirkətin inşaat, mühəndislik və infrastruktur həlləri haqda Xeberler.az-a məlumat verib.

-Anar müəllim, ULTRA şirkətinin  inşaat- mühəndislik sahəsində iş prosesinin avtomatlaşdırılması üzrə hazır həlləri mövcuddur.  Bu haqda məlumat verə bilərsinizmi?

-Bəli. Artıq iki ildən artıqdır ki, çox önəmli sahələrdən olan inşaat və mühəndislik sahəsi üzrə ULTRA şirkəti olaraq yeniliklərin edilməsi üzərində çox düşünürdük.

Tikinti şirkətləri bina, yol, tunel və digər obyektlərin inşaat layihələrinin icrası zamanı ciddi problemlərlə üzləşirlər. Bura layihə üzrə işlərin düzgün planlaşdırılması, vaxtında təhvil verilməsi, şəffaflığın artırılması, maliyyə nəzarəti, işçi resursların uçotu, əmək haqqı kimi məqamları aid etmək olar. Apardığımız təhlillərin nəticəsi olaraq bir çox şirkətlərin böyük və ciddi layihələri, təəsüf ki, ya kağız üzərində, ya da excel  səviyyəsində planlaşdırıldığının şahidi olduq.

Bütün bunları nəzərə alaraq, iki maraqlı proqram həllərimizi Azərbaycanda tətbiq etmək qərarına gəldik. Bu məhsullardan biri inşaat,  mühəndislik və xidmət yönümlü müəssisələr üçün “ASTA PowerProject”, digəri isə xətti layihələrin (asfalt və dəmir yolu, tunel və metro xətti, boru xətti, su xətləri, elektrik, hidrotexniki tikinti və s. ümumi infrastruktur sahəsi) idarəedilməsi üzrə dünyada nömrə 1 sayılan məhşur “TİLOS” Layihələrin İdarəedilməsi Proqramıdır.

-Bu həllər istifadəçilərə hansı üstünlükləri verir?

-Bu proqram məhsullarının bir çox üstünlükləri var. “ASTA PowerProject” proqram həlli  inşaat müəssisələrinin icra etdikləri bütün layihələrdə işlərin (ox çubuğu “Gantt chart” daxil olmaqla), vaxtın, riskin və büdcənin düzgün planlaşdırılması, layihə üzrə maliyyə uçotu, işlərin monitorinqi və nəzarəti kimi imkanlar verir.  

Digər üstünlük BİM (Building information modeling) modulunun olması. BİM nədir? Bu, əvvəlcədən mühədislər tərəfindən işlənmiş digital 4D görüntülərin sistemə yüklənməsi, 4D görüntüyə görə planlaşdırma və nəzarət etmə imkanının olmasıdır. Sistemin mobil versiyası da mövcuddur. Bu isə əlavə üstünlüklər deməkdir. Belə ki, tikinti sahəsində çalışan işçilər tikinti işlərinın icra statusu barədə sistemə məlumatlar daxil etmək və mərkəzdən idarəetmə imkanına malik olur.

Sistemin çox rahat istifadəçi interfeysi var. Dərin kompüter biliklərinə malik olmayan bütün istifadəçilər belə ondan rahatlıqla istifadə edə bilər. Vizual olaraq, bu, daha çox Word, Excel ofis proqramlarına bənzəyir və istifadəsi də  çox rahatlıqla mümkündür.

“Sistemin digər üstünlüklərindən biri “şablon” anlayışının olmasıdır. Əgər layihə Asta Powerproject-də hazırlanarsa artıq şablon anlayışının köməkliyi ilə onu sistemdə ikinci dəfə qeyd etməyə ehtiyac olmayacaq. Planlamanı köhnə şablonla qurmaq mümkündür.

Digər hazır həllimiz “TİLOS” proqramının əsas üstünlüyü  xətti layihələr üzrə ancaq işlərin vaxta görə yox, həmçinin eyni anda məsafənin də planlaşdırılması imkanının olması ilə seçilir.

Bundan əlavə planlaşdırma səhvləri minimuma endirilir. Digər üstünlüklərə Google Earth proqram məhsulu üzrə xətti layihələrin vizuallaşdırılması, digər Oracle Primavery, Microsoft Project 2013, Excel və s. sistemlərlə birbaşa inteqrasiya və məlumat mübadiləsinin mümkünlüyünü qeyd etmək olar.

-Bu həlləri daha çox hansı işçilər istifadə edə bilər?

-Bu məhsullar inşaatda daha çox inşaat mühəndisləri, planlaşdırma mühəndisləri, layihə nəzarətçiləri, layihə menecerləri, layihə üzrə maliyyəçilər, memarlar istifadə edə bilər.

-Bu məhsulların Azərbaycanda və ya digər ölkələrdə tətbiq etdiyiniz şirkətlər varmı?

-TİLOS məhsulu artıq 40-dan çox ölkədə istifadə olunur. Bura BAKU-TBILISI-CEYHAN P.L. PROJECT (Nacap), NABUCCO, Göçay TANAP, Stroytransgaz, Gazprom, TOTAL, Strabag, İstanbul metro, Moskva Metro, Gatar Metro, Qatar Reilway, London Metro qeyd etmək olar. Ümumiyyətlə, dünyada 90 faiz metro, 87 faiz boru, 67 faiz yol və 73 faiz  dəmiryolu layihələri TİLOS proqramı üzərində qurulur.

Azərbaycanda Port Baku layihəsinin tikintisində “MACE” şirkəti podratçı şirkətləri nəzarət etmək üçün ASTA Powerproject sistemini artıq  istifadə edib. Biz ULTRA olaraq, Azərbaycanda kifayət qədər böyük və nüfuzlu  tikinti şirkətlərində artıq real “ASTA PowerProject” proqram məhsulunu tətbiq etməyə müvəffəq olmuşuq.  Qısa zaman ərzində artıq bu sistemin istismarına başlanılacaq.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə