Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC Avropanın ən böyük texnologiya şirkətlərindən olan “Gcore” şirkəti ilə birgə yeni “AzInCloud” platformasını təqdim edib.
Xeberler.az bildirir ki, ötən gün Bakıda keçirilən tədbirlə “AzInTelecom” ilə Lüksemburqun “Gcore” şirkəti arasında tərəfdaşlıq rəsmən elan edilib. Tədbirdə hər iki şirkətin rəhbər heyəti, texnologiya sahəsindəki şirkətlərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
İştirakçıların diqqətinə çatdırılıb ki, “Gcore” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “AzInTelecom”a məxsus “AzInCloud” platformasında müasir alətlərlə təchiz olunmuş geniş “bulud” xidmətləri təqdim olunur. Müasir “bulud” texnologiyalarından faydalanmaq istəyən fərdi və korporativ müştərilər www.azincloud.az veb-saytı vasitəsilə bu xidmətlərə anında çıxış əldə edə bilirlər. Hazırda aktiv şəkildə fəaliyyət göstərən platformada istifadəçilərə rahat idarəetmə, geniş əməliyyat sistemi seçimləri, “bulud” market, monitorinq xidməti və digər üstünlüklər təqdim olunur.
Tədbirdə məlumat verilib ki, “AzInCloud” ictimai “bulud” xidməti olaraq “istifadə etdiyin qədər ödə” modeli əsasında fəaliyyət göstərir. Portal hər kəs – hüquqi şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və fiziki şəxslər üçün əlçatandır.
Xidmətdən yararlanmaq üçün istifadəçilər www.azincloud.az saytında qeydiyyatdan keçərək bank kartı ilə ödəniş edib xidmətlərdən yerindəcə yararlana bilərlər.
Qeyd edək ki, “Gcore” qlobal səviyyədə “bulud”, hostinq və kibertəhlükəsizlik həlləri
təqdim edən beynəlxalq texnologiya şirkətidir. 2011-ci ildə yaradılan “Gcore”, Avropa, Şimali Amerika, Asiya və MDB ölkələrində geniş infrastruktura malikdir. Şirkətin əsas auditoriyası maliyyə sektoru, dövlət və korporativ müştərilərdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları