Süni intellektin tətbiqi, innovasiyası və perspektivləri” təlimi keçirilib

29-04-2025 / 19:41

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin “Enactus” komandasının təşkilatçılığı ilə “Gələcəyin intellekti: süni intellektin tətbiqi, innovasiyası və perspektivləri” mövzusunda təlim keçirilib.

Xeberler.az məlumat verir ki, tədbiri ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açaraq bu təşəbbüsün aktual və strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, belə tədbirlər gənclərin intellektual inkişafına, rəqəmsal dünyada yerini möhkəmləndirməsinə və əmək bazarına uyğunlaşmasına töhfə verir. Professor A.Zamanov çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclərin elm, texnologiyaya və intellektual inkişafına yönəlmiş siyasətindən bəhs edərək bildirib ki, məhz bu strateji baxış hazırda Azərbaycanın elm və texnologiya sahəsində əldə etdiyi uğurların təməlini təşkil edir. O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən rəqəmsallaşma siyasəti, elektron hökumət təşəbbüsləri və rəqəmsal transformasiya proqramları süni intellektin dövlət səviyyəsində prioritet sahə kimi müəyyən edilməsinə səbəb olub. Prorektor xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu istiqamətdə dövlət siyasətinin əsas sənədlərindən biri kimi çıxış edir. Strategiyada süni intellektin etik çərçivədə inkişaf etdirilməsi, insan resurslarının hazırlanması, elmi tədqiqat mühitinin dəstəklənməsi və milli innovasiya sisteminin gücləndirilməsi kimi mühüm hədəflər əks olunub. Qeyd edilib ki, gələcəyin peşələri artıq reallığa çevrilməkdədir və bu baxımdan hər bir gəncin dəyişən dünyaya hazır olması, bilik və bacarıqlarını davamlı şəkildə yeniləməsi mühüm əhəmiyyət kəsb edir. A.Zamanov bu baxımdan tədbirin əhəmiyyətə malik olduğunu deyib.

Daha sonra ADPU-nun “Enactus” komandasının rəhbəri Şahin Məmmədli tədbirin təşkilində məqsəd və prioritet istiqamətlər barədə məlumat verib, tələbələrin bu kimi layihələr vasitəsilə innovativ düşüncə tərzini inkişaf etdirməsinin vacibliyini vurğulayıb. Ş.Məmmədli, həmçinin komanda tərəfindən yeni süni intellekt əsaslı layihə üzərində iş aparıldığını bildirib və bu sahəyə marağı olan gəncləri layihəyə qoşulmağa dəvət edib.

Təlimin əsas məruzəçisi – Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKT Mərkəzinin direktoru və “AlphaOmega” MMC-nin təsisçisi Sərxan Talıbzadə süni intellektin aktual tətbiq sahələri, innovativ texnologiyalar və inkişaf perspektivləri barədə ətraflı təqdimatla çıxış edib. Təqdimat zamanı iştirakçılar təhsil, səhiyyə, sənaye, iqtisadiyyat və sosial sahələrdə süni intellektin tətbiqi, eyni zamanda, bu texnologiyaların potensial riskləri və etik məsələləri barədə geniş məlumat əldə ediblər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə