Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022 / 10:23

Kaspersky Optimal Biznes üçün Kaspersky EDR (Endpoint Detection and Response) həllinin yenilənmiş versiyasını təqdim edib. Yeni versiyaya insidentlərə cavab verilməsi üzrə ən yaxşı təcrübələrə və fayl reputasiyası üzrə Threat Intelligence analitik məlumatlarına giriş daxil dilib.

Xeberler.az bildirir ki, Kaspersky-nin məlumatına görə, 2020ci il* ilə müqayisədə 2021-ci ildə yüksək kritik kiber insidentlərin payı 9%-dən 14%-ə yüksəlib. Optimal Biznes üçün Kaspersky EDR həllinin yenilənmiş versiyası sizə hadisələri araşdırmaq və onlara cavab vermək üçün lazım olan bacarıqları əldə etmək imkanı verir. Həll məhdud vaxt çərçivəsində bu tapşırıqları yerinə yetirməyinizə kömək etmək üçün tövsiyə olunan bütöv bir tədbirlər bölməsinə malikdir.

Məhsula həmçinin sistem fayllarını qorumaq funksiyası əlavə edilib. Əgər inzibatçı səhvən insidentlərə cavab vermək imkanlarından istifadə edərək belə bir faylı silməyə və ya kilidləməyə cəhd edərsə, sistem bunun qarşısını alacaq.

Kaspersky Threat Intelligence Portal-dakı fayl reputasiyası məlumatları indi birbaşa konsoldan əldə edilə bilər. İstifadəçi hansı faylların təhlükəsiz, hansının zərərli və ya şübhəli olduğunu görə bilər. Məhsul həmçinin zərərli proqramların ən çox hansı regionlarda və ya ölkələrdə aşkar edildiyini öyrənməyə imkan verir və fayllar haqqında əlavə məlumatların yer aldığı analitik məlumat portalına keçid təqdim edir.

"Komandamız Optimal Biznes üçün Kaspersky EDR həllini təkmilləşdirmək üzərində işləyərkən məqsədlərdən biri həllin bütün xüsusiyyətlərini hər bir istifadəçi, hətta kiber insidentləri araşdırmağı və onlara reaksiya verməyi yenicə öyrənənlər üçün də əlçatan etmək idi", - deyə Kaspersky-nin aparıcı məhsul meneceri Pavel Petrov bildirir. “Yeni funksiyalar müştərilərimizə təkcə şirkəti bir çox təhlükələrdən qorumağa deyil, həm də daxili informasiya təhlükəsizliyi komandası arasında EDR biliklərini artırmağa imkan verəcək”.

Ötən il Kaspersky Endpoint Detection and Response həlli bir neçə beynəlxalq mükafata layiq görülüb. Məhsul SE Labs, IDC, Radicati də daxil olmaqla müstəqil sınaqlarda əla nəticələr göstərib.

Optimal Biznes üçün Kaspersky EDR iş yerlərinin mühafizəsinə EDR-in əsas imkanlarının əlavə edildiyi bir məhsuldur. Hərtərəfli düşünülmüş avtomatlaşdırma ilə hətta kiçik bir informasiya təhlükəsizliyi departamentinə malik şirkətlər belə mürəkkəb təhdidlərə effektiv cavab verə və insidentin ana səbəblərinin təhlilini apara bilərlər. Optimal Biznes üçün Kaspersky EDR fundamental informasiya təhlükəsizliyi təcrübəsi olan şirkətlər üçün nəzərdə tutulmuş Kaspersky Optimum Security səviyyəsinə daxildir. Təkmil informasiya təhlükəsizliyi funksiyalarına malik iri şirkətlər üçün isə Kaspersky EDR Expert nəzərdə tutulub.

Optimal Biznes üçün Kaspersky EDR haqqında daha ətraflı məlumat buradadır: https://www.kaspersky.ru/small-to-medium-business-security/endpoint-optimum

* Kiber insidentlərin ümumi sayında insanların və yoluxmaların iştirakı ilə həyata keçirilərək biznesə ciddi təsir göstərən hücumların faizi. Kaspersky Managed Detection and Response (MDR) xidmətinin müştərilərindən alınan anonim məlumatlara əsaslanan statistika.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.