“BNA rəhbəri səlahiyyətini icra edə bilmir, kim yuxudan tez dursa, bir şlaqbaum qoyur”

09-04-2021 / 10:58

“Elə yerlər var ki, səhər kim tez yuxudan dursa parkovkanın idarəedicisi o hesab olunur. Bəzən müşahidə etmək olar ki, kimsə  dövlətə məxsus olan parklama ərazisinə şlaqbaum yerləşdirir. Bütün parklama yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək , bunun la bağlı  bir mobil tətbiq hazırlamaq, normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb”.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

Osman Gündüz qeyd edib ki, uzun müddət keçməsinə baxmayaraq, ölkədə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır:

“Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Ötən müddət ərzində Bakıda bir xeyli parklama yerləri müəyyən edilib, lakin vahid bir sistem ortada yoxdur”.

Onun sözlərinə görə, indiyədək əksər parklama yerlərindən yığılan pulların BNA-ya aidiyyatı yoxdur:

“Ümumiyyətlə BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir “X” şirkətinin nəzarətindədir. Səbəb də ondan ibarətdir ki,  hökumət saat hesabı parklama tariflərini 4 ildir ki, müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı, parklama yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Hökumət isə göründüyü kimi uzun müddətdir, problemi həll etmək istəmir”.

O.Gündüz BNA rəhbərinin ona verilən səlahiyyəti icra edə bilmədiyini vurğulayıb:

“Görünür ki, hazırda parklamaya kimlər nəzarət edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki,  BNA rəhbəri Vüsal Kərimli 4 ildir ki,  qanunvericiliklə ona verilən səlahiyyəti icra edə bilmir.Maraqlıdır ki , BNA parklamanın tariflərini həll edə bilməsə də, vahid parklama ilə bağlı normal bir informasiya sistemi qura bilməsə də,  qanunsuz parklama ilə bağlı video müşahidə sistemini, yəni cərimə sistemini həll edə bilib. Bu məqsədlə BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 000 000 manat ödəyib. Son zamanlar Prezident Administrasiyasında dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ümid edək, cari ildə nəhayət ki, bu problem də öz həllini tapacaq”.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə