“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımaları həyata keçirilir. Çindən yola düşən 3 yük nəqliyyat vasitəsi bu gün Azərbaycana çatıb.
Layihənin əsas məqsədi Çin – Qazaxıstan – Azərbaycan – Gürcüstan marşrutu üzrə beynəlxalq avtomobil daşımalarında sərhəddə gözləmə vaxtları, gömrük prosedurları, nəzarət və yoxlamalar, habelə mövcud nəqliyyat infrastrukturu haqqında məlumatların əldə edilməsidir.
Bu gün yük nəqliyyat vasitələrini müşayiət edən Çin nümayəndə heyəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Çin nümayəndə heyətinə Azərbaycan ərazisindən tranzit daşımalar, yük növlərinin daşınmasına dair tələblər, yükdaşımaların tənzimlənməsi və s. barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib.
Bildirilib ki, ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edən layihənin uğurla həyata keçirilməsi Orta Dəhlizin potensialının artırılmasına, gələcəkdə ondan istifadənin genişləndirilməsinə töhfə verəcək. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin aparıcı qüvvəsi olan Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri