Məlumat verdiyimiz kimi, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatların nazirlikdə aşkara çıxarılan qüsurlar tam aradan qaldırılanadək davam etdirilməsi gözlənilir.
Azərbaycan internetində olan problemlərdən biri də “doğma provayderlər” məsələsi olub. Belə ki, dövlət operatorları öz yanlarında həmişə bir neçə provayder saxlayaraq onlara digər provayderlərə nisbətən daha üstün şərait yaradıblar.
Bu sektorda heç kim üçün sirr olmayıb ki, bir sıra provayderlər- CityNet, Superonline, DataPlus, Megatelecom birbaşa dövlət operatorlarına bağlı olub. Yəni, onlardan dövlət provayderləri öz kommersiya maraqları istifadə ediblər.
Xeberler.az oxucularına da maraqlıdır ki, nazirlik ətrafında baş verən hadisələrdən sonra , hazırda davam edən islahatlar dövründə “doğma provayderlər” problemi həll olunacaqmı?
Artıq məlumat vermişdik ki, son dövrlərdə aparılan yoxlamalarda bu provayderlə bağlı da müəyyən məqamlar ortaya çıxıb. Belə ki, müşahidələr göstərir ki, “doğma provayderlər” yeni dəstək axtarır və ya digər provayderlərə birləşir.
Üstün şəraitdən bəhrələnən bu bu provayderlər daha çox fiber optik infrastruktur qura bilirlər və digərlərindən daha ucuz internet sata bilirlər. Hətta “doğma provayderlər” dövlət provayderindən daha ucuz qiymətə internet xidməti təklif edə bilir.
Əvvəllər də bu haqda məlumat vermişdik ki, “doğma provayderlər”in bəzilərinin interneti Delta Telecom-dan almadığı , elə öz himəyadarlarından pulsuz alması haqqında şübhələr olub. Bunun müqabilində də həmin provayderlər interneti müəyyən qədər ucuz qiymətə istifadəçilərə təqdim edirdi.
Eyni zamanda son dövrlərdə məlum olub ki, dövlət provayderlərinin özləri də ümumiyyətlə aldıqları internetin ödənişini uzun müddət etməyiblər. Bunun müqabilində də onların, bazarda fəaliyyət göstərən 4 dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu yaranıb.
Son günlərdə də məlumat verdik ki, artıq Delta Telecom həyəcan təbili çalır ki, provayderlər ödənişlərini etmədiyinə görə onun maliyyə vəziyyəti xeyli ağırlaşıb və hazırda xaricdən aldığı internetin pulunu ödəyə bilmir. Bu da o deməkdir ki, Azərbaycan bu dəfə maliyyə problemi ilə bağlı internetsiz qala bilər.
Xeberler.az-ın son vaxtlar əldə etdiyi məlumata görə, RYTN sektorunda aparılan yoxlamalar çərçivəsində hazırda “doğma provayderlərə” qarşı maliyyə tələblərinin də irəli sürüləcəyi gözlənilir.
Belə ki, aparılan yoxlamalar nəticəsində “doğma provayderlərin ” dövlət vəsaiti hesabına ciddi biznes qurduğu aşkarlanıb . Odur ki, bunun müqabilində onlara öz dövriyyələrinə uyğun aldıqları pulsuz internet trafiki müqabilində müəyyən ödənişlər edilməsi tələbi irəli sürüləcəyi ehtimal olunur.
Xeberler.az bu məsələni gündəmdə saxlayır və nəticəsi haqqında məlumat veriləcək.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri