Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025 / 15:00
"2024-cü ilin avqustunda bütün əsas provayderlər, dövlət və özəl provayderlər eyni anda internetin minimal qiymət həddini 25 manata qaldırdı. Bu kollektiv qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "kartel sövdələşməsi" və "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" kimi qiymətləndirildi və araşdırma başladıldı. Üstündən 9 ay keçib. Hələ də nəticə yoxdur".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, bu müddət ərzində isə internet bazarında əsaslı struktur dəyişiklikləri baş verib. Aztelekom RİNN tərkibindən çıxarılıb və AZCON Holdinqin tərkibinə qatılıb, bazardakı bütün dövlət provayderləri Aztelekom-un ətrafında birləşdirilib:
 
"Nəticədə Aztelekom internet bazarının 60%-nə nəzarət edən, hər ay yalnız internet xidmətlərindən 70 milyon manatdan çox gəlir əldə edən bir nəhəng dövlət şirkətinə çevrilib.
 
AZCON tərkibində olan Aztelekom-un regionlar üçün yeni internet tarifləri müəyyən edəcəyi ilə bağlı fikirlər səslənsə də, hələlik bu istiqamətdə konkret addımlar yoxdur.
 
Ucdantutma hamı, tələbatı olan və olmayan, bizneslə məşğul olan olmayan, imkanı olan və olmayan hamı minimal 25 manat verməlidir.
 
Azercell-in də dövlətə məxsus olduğunu nəzərə alsaq, ölkədə internet bazarında dövlətin payı bəlkə də 80%-ə yaxınlaşıb".
 
Bəs bu təmərküzləşməyə ölkədə rəqabətə cavabdeh qurum nə deyir?
 
Osman Gündüzün sözlərinə görə, rəqabətə nəzarət etməli olan, statusu daha da yüksələn qurum – Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – nə qiymət artımına, nə də bazarda yaranmış dominant mövqe ilə bağlı cəmiyyətə heç bir açıqlama verməyib.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə