Previous Next
Bağla

İqtisad Universiteti differensial əmək haqqı sisteminə keçir

06-07-2015 11:14
İqtisad Universiteti differensial əmək haqqı sisteminə keçir

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) differensial əmək haqqı sisteminin tətbiqinə başlanılıb.

Universitetin Marketinq və Kommunikasiya Departamentinin ictimaiyyətlə əlaqələr söbəsindən Xeberler.az-a verilən məlumata görə, qərar Elmi Şuranın iclasında qəbul edilib.

Əmək haqqlarına differensial əlavələrin edilməsində əsas məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir.

Yeni qaydalara əsasən, xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatlar pedoqoji heyət tərəfindən xüsusi proqram təminatı vasitəsilə sistemə daxil ediləcək. Növbəti mərhələdə professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyatəsdiqedici sənədlərdə ekspertiza aparacaq.

Qaydalara əsasən, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək. Hər tədris ilinin may ayının 31-dən növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən, müəllimlərin əmək haqqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1-2 misli qədər nəzərdə tutulub.

Müəllimlər ilə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən ediləcək. Ən yüksək nəticə göstərmiş kafedra müdiri əmək haqqının 2 misli qədər birdəfəlik mükafat əldə edə biləcək. Ən yüksək nəticə göstərən fakültənin dekanlıq əməkdaşları isə  ADİU-nun Qubadakı tədris, idman və istirahət kompleksində 7 günlük istirahət edə biləcək.

Dünyanın nüfuzlu universitetlərində tətbiq edilən differensial əmək haqqı sisteminin üstünlüklərinə əməkdaşların pedaqoji fəaliyyətindəki məhsuldarlığının yüksəldilməsi və uğur kriteriyalarının müəyyən edilməsi, heyətin adekvat şəkildə mükafatlandırılmasının təmin edilməsi, rəqabət mühitinin gücləndirilməsi, məmnuniyyət səviyyəsinin artırılması və keyfiyyət göstəricilərinin yüksəldilməsi daxildir.

 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN əmək yarmarkasında iştirak edəcək

16-11-2015

Naxçıvanda təhsil müəssisələrində əmək müqavilələrinin elektron qaydada bağlanılmasına başlanılıb

20-09-2024

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

ƏMAS-da “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025

Əmək müqaviləsi ilə bağlı xidmətdən istifadənin statistikası açıqlandı

04-08-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı artıq hazırdır

14-03-2014

E-sistemdə əmək müqaviləsi olan işçilərin yaş qrupları açıqlanıb

21-06-2021

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

“E-sosial” mobil tətbiqi ilə 49 min əmək müqaviləsi imzalanıb

12-07-2025

“E-sosial” mobil tətbiqi vasitəsilə 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025

Mühəndis-pedaqoji heyətin nəzərinə

07-10-2017

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

Rusiyada rəqəmsal rubllarla ilk əmək haqqı ödənilib

17-09-2025

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015

İşçiləri 240 min dollar maaş alır

18-04-2018

Dövlət Əmək Müfəttişliyi Xidməti 3 mükafata layiq görülüb

21-04-2025

Məsafədən (distant) iş əmək müqaviləsi ilə tənzimlənəcək

16-01-2026

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

Fərdi uçot sisteminin istifadəçi sayı artıb

07-09-2016

Tələbə və məzunlar üçün virtual müəssisə açıldı

18-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə