Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçiriləcək prezident seçkiləri haqqında normal informasiya mühiti formalaşdırmaq üçün faydalı bir addım ataraq "Seçki-2018" Müstəqil Media Mərkəzi yaradıb.
Belə ki, qurumun www.sechki-2018.az internet resursunu da istifadəyə veriblər. Üç dildə olan resursda xeyli multimedia materiallar da yerləşdirilir.
Amma ekspertlər də bildirir ki, resursda müəyyən qüsurlar, çatışmazlıqlar var.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni Xeberler.az-a şərh edərkən deyib ki, Google-də axtarışlarda bu resursu tapmaq mümkün deyil:
“Adicə “seçki”, “prezident seçkisi”, “11 aprel” , “seçki2018” və s. indiki seçki kampaniyasına uyğun bu kimi sözlərlə axtardıqda bu resurs Google-də tapılmır. Yəni, görünür saytın SEO-sunda müəyyən çatışmazlıqlar var”.
Onun sözlərinə görə, axtarış nəticələrinin də normal bir təqdim edilməsi, səhifələnməsi yoxdur. Ekspert bildirir ki, sechki-2018.az resursunun mobil versiyası belə yoxdur:
“Bu azmış kimi heç olmasa mövcud resursun özü mobil avadanlıqlarla istifadəyə uyğunlaşdırılmayıb. Düşünrəm ki, bu cür faydalı resursun daha rahat və əlçatan formada istifadəsi üçün təkmilləşdirmələr aparılması yaxşı olardı”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri