Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən 2015-ci ildə “Elektron-hökumət” quruculuğu istiqamətində bir sıra sosial layihələrin həyata keçirilməsi planlaşdırılır.
Xeberler.az-ın məlumatına görə bu barədə AzərTAc-a mərkəzin direktoru Nail Mərdanov bildirib.
N.Mərdanovun sözlərinə görə, bu cür tədbirlər cəmiyyətin elektron vasitələrdən istifadəsini artıraraq rəqəmsallaşma prosesini sürətləndirir. Elektron xidmətlərin, eləcə də elektron sənəd mübadiləsinin mahiyyəti aydınlaşdıqca onlara tələbat da artır. Elektronlaşmaya tələbatın çoxalması “Elektron hökumət” quruculuğu istiqamətində görülən işlərin keyfiyyətini artırır, onun tətbiq sahəsini genişləndirir. Ötən il həyata keçirilmiş və bu il üçün nəzərdə tutulan təbliğat-təşviqat kampaniyaları, maarifləndirici və sosial yönümlü tədbirlər “Elektron hökumət” infrastrukturunun daha da inkişafına və populyarlaşmasına xidmət edəcək. Cari ildə “E-hökumət” portalı və e-imzanın populyarlığının artırılması məqsədilə KİV-lərlə sıx əməkdaşlıq edilməsi planlaşdırılır. Həmçinin, “Mənim elektron-hökumətim” tipli məqalə və video-süjet müsabiqələrinin davamlı təşkili də nəzərdə tutulur.
Qeyd olunub ki, 2014-cü il “E-hökumət” quruculuğu üzrə məhsuldar il olub. Ötən il ərzində dövlət qurumlarının həm öz internet səhifələrində, həm də “Elektron hökumət” portalında təqdim etdikləri elektron xidmətlərin sayı xeyli artıb, elektron sənəd dövriyyəsinin tətbiqi istiqamətində real addımlar atılıb. Görülən tədbirlər nəticəsində e-imzaya da maraq artıb və hazırda e-imza sertifikatlarından faydalananların sayı 27 min 536-dır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri