“Elektron hökumət quruculuğu prezidentin daim diqqətindədir”

19-12-2014 / 16:11

“Elektron hökumət quruculuğu dövlət siyasətidir. Elektron hökumət siyasəti ölkəmizdə yoxsulluğun, korrupsiyanın azaldılması istiqamətində ölkədə həyata keçirilən siyasətdir. Bu baxımdan yaradılan elektron hökumət portalının fəaliyyətinin və elektron hökumətin formalaşması üzrə dövlət qurumları tərəfindən görülən işlərin çox böyük təsiri var”.

Xeberler.az-ın məlumatına görə,  bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Mənim elektron hökumətim” məqalə və video müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimində deyib.

O, qeyd edib ki, elektron hökumət quruculuğu prezident İlham Əliyevin daim diqqətindədir: “Onun nəticəsidir ki, Azərbaycan BMT-nin hesabatlarında İKT siyasətinin prioritetləşdirilməsi, İKT-nin dövlət orqanlarında tətbiqi üzrə ilk onluqdadır və 6-8-ci yerləri tutur. Bu da onu göstərir ki, ölkədə aparılan bu siyasət düşünülmüş, kompleks və ardıcıl bir siyasətidir. Həmçinin, Azərbaycan bu il BMT-nin “Elektron hökumət”in inkişaf səviyyəsinə görə reytinqində 68-ci yeri tutub”.

Elmir Vəlizadə bildirib ki, elektron hökumət portal istifadəçilərinin sayı 5 milyonu keçib: “Vətəndaşlara göstərilən elektron xidmətlərin da sayı artıb. Artıq 452 elektron xidmət vətəndaşların ixtiyarına verilib. Bizim üçün vacib olan vətəndaşlarımız elektron xidmətlərdən, mövcud olan potensiallardan xəbərdar olsun və o xidmətlərdən istifadə etsinlər”.“Elektron hökumət quruculuğu dövlət siyasətidir. Elektron hökumət siyasəti ölkəmizdə yoxsulluğun , korrupsiyanın azaldılması istiqamətində ölkədə həyata keçirilən siyasətdir.Bu baxımdan yaradılan elektron hökumət portalının fəaliyyətinin və elektron hökumətin formalaşması üzrə dövlət qurumları tərəfindən görülən işlərin çox böyük təsiri var”.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə