Xeberler.az “Sosial mediada İT statuslar” rubrikasına start verir. Rubrika çərçivəsində oxucularımıza informasiya texnologiyaları ilə bağlı sosial şəbəkələrdə paylaşılan maraqlı statusları təqdim edəcəyik.
Toğrul Səməd, TOR digital agentliyinin rəhbəri: “Qoy mən də deyim. E-ticarətin Azərbaycanda inkişafı üçün müəyyən müddətə vergidən azad olmalıdı, əsas da xarici kadrlari işə cəlb etmək üçün, çünki yerli normal kadrlarımız çox azdı. Tək Texnoparkdakı proyektlər yox, bütün e-commerce proyektlər vergidən azad olmalıdır– məntiqlə Texnoparkı bu fikrin əsasında qurublar amma hələ də konkret bir qərar yoxdur”.
Orxan Rzayev, Manads şirkətində direktor : “Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyir ki, elektron ticarətlə bağlı qanunvericilikdə boşluqlar olduğundan elektron ticarətə qadağa qoymaq lazımdır... Çin 2015-ci ildə elektron ticarət dövriyyəsini 600 milyard dollara, ABŞ isə 400 milyard dolara çatdırmağı hədəfləyir”.
Rasim Səfərov, proqramçı: “Əziz dostlar, e-tacir tərəfindən ölkədə e-ticarət və onlayn ödəniş xidmətlərinin stimullaşdırılması və geniş istifadəsinə nail olmaq üçün biznes subyektlərini və istehlakçıları onlayn rejimdə birləşdirən elektron ticarət şəbəkəsinin yaradılması üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 2-ci qrant müsabiqəsinə təqdim etdiyi layihə ilə uğur əldə etmişdir. Belə ki, e-ticarət fəaliyyətinə yenilk gətirən "tacirlink.az" sosialyönümlü elektron ticarət şəbəkəsi innovativ xüsusiyyətlərinə görə müsabiqəyə təqdim edilən 129 layihə içərisində qalib elan edilmişdir”.
Cümşüd Əliyev, hüquqşünas: “Cartridge.az online mağazasında online ödəmə üsulu kimi Paypal göstərilib. Ödəniş edəndə Paypal yazır ki, Azərbaycandan ancaq ödənişi qəbul edə bilərik. Azərbaycana ödəniş etmirik”.
Seymur Yunusov, Marja-Biznes və Maliyyə Xəbərlləri agentlinin baş redaktoru : “Bu gün Facebook və Google-un Azərbaycanda reklam xidməti göstərmələri qarşılığında əldə etdikləri gəlirləri milyonlarla dollardır. Hətta bu şirkətlər Azərbaycan portallarını reklamsız qoymağa başlayıblar. Əgər Azərbaycanda kiçik bir sahibkar vergidən yayındıqda cəzasını alırsa, bu şirkətlər də Azərbaycan qanunu qarşısında cavab verməlidirlər.
Elşad, startapçı: “Əgər yerli e-ticarətin inkişafını istəyirsinizsə, vergilərdən azad edin, iqtisadi tənzimləmələrdən istifadə edin, day normativ metodlardan yox. İmkan verin 2-3 il e-ticarət inkişaf etsin, özünə yer tutsun, bundan sonra vergi və s. baxmaq olar. 20 ildir kənd təsərrüfatı güzəştlərdən istifadə edir. 2 il də e-ticarət istifadə etsə dünya dağılmaz”.
Nərmin Elçin, tələbə: “Bizdəki geyim mağazalarının problemi saytlarında gördüyün heç bir paltarın mağazada tapılmamasıdır.”
Jalə Səmədova, jurnalist: “Facebook-da virusların əksəriyyəti yaşını ötmüş savadlı adamlardan gəlir”
Elvin, proqramçı: “ Mi Band enerji saxlama qabiliyyəti əladır. 19 günə 90%-dən 54%-ə.
Beybala Bey İbadullah, müəllim : “E-ticaret mobil cihaz ve texnologiyaları ehate edərsə,bu hal əhalinin informasiya cəmiyyətinə, e-hökümətdə iştirakına, mədəni ve sosial inkişafına yardım etmiş olur. Bunları vergi tətbiq etməklə əngəlləmək insan resurslarının inkişafı baxımından yanlışdır”.
Fərid Kazımov, ekspert: “Xaricdən onlayn-sifarişlə idxal olunan mallar üzrə "qəribə" yanaşma davam edir. Hamı öz daxilindəki "istehlakçı" instinktini biruzə verərək belə malların vergidən azad olmasınız istəyr. Amma bu təmamilə yanlış yanaşmadır. Beynəlxalq praktika var və bu praktikaya uyğun inkişaf etmiş ölkələrdə hər bir idxal olunan mala (xarici internet-magaza daxil olmaqla) görə vergi ödənilir. Çünki internetdən ticarət ənənəvi ticarətin bir formasıdır. Ölkə daxilində isə hər bir sahibkarlıq fəaliyyəti yaxud mal satışı üçün vergi ödəniləməlidir.
1000 dollar rüsumsuz idxalın tərəfdarları əsas arqument kimi Azərbaycanda qiymətlərin yükəsk olmasını misal gətirir. Raziyam, qiymətlər bahadır. Amma səylər bu qiymətlərin azaldılmasına yönəldilməlidir, sərhədləri açaraq xaricdən vergisiz malın alınmasına yox.
Əgər "1000 dollarlıq idxal" saxlanılsa, onda bir 1-2 ildən sonra hamı xaricdən mal almaga öyrəşəcək və ölkə daxilində heç kim mal almayacaq, mağazalar baglanacaq, büdcəyə vergi getməyəcək və s. Bu isə utopik yanaşmadır. İnanmırsınız, gedin ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və onlralla digər ölkələrdən soruşun....
Yaxşısı odur ki, yerli e-ticarət subyektləri inkişaf etsin və bizdə maraqlı layihələr olsun”.
Orxan Əhməd, startapçı: “Britaniyada mən bildiyim qədərilə ticarət dövriyyəsinin 80%-i elektron formada həyata keçirilir. Adamlar gedir geyimi geyir, baxır yoxlayır üstündə necə oturur, sonra evdə internetlə sifariş edir ki, üstündə gəzdirməsin. Azərbaycanda bu cür deyil axı. İngiltərə, Avropa, ABŞ bazarları ilə bappalaca Azərabyacan bazarını bir tutmaq və eyni qaydaların tətbiqini istəməklə heç bir inkişaf əldə etmək mümkün deyil. BU şəxsi firimdir. Konkret real bir hadisenin de şahidi olmuşam. Çox qəşəng dövriyyə edərən, e-ticarət sistemini dondurdular, tələb elədilər ki burda nümayəndəliyi açılsın vergi ödənilsin. İl 2009-da olub. Bunları edəndən sonra, sırf Azərbaycan bazarı üçün satışları sadəcə düşdü öldü... və bir iki ilə nümayəndəlik bağlandı”.
Osman Gündüz, AİF prezidenti: “ Lap açıq yazası olduq:
1. Vətəndaş xarici internet mağazadan qanunda nəzərdə tutulan 1000 $ -dan çox olmamaqla şəxsi istifadə üçün mal, telefon, televizor və s. alıb poçtla gətirirsə bu tam qanunidir, biz bunu dəstəkləyirik.
Bunun Dövlət Gömrük Komitəsi tərəfindən ləğv edilməsi nəinki düzgün deyil, ümumiyyətlə DGT-nin heç belə səlahiyyəti yoxdur.
Hökumət tərəfindən də bunun ləğvi və ya azaldılması qətiyyən düzgün addım olmazdı
2. Əgər kimsə qeyd olunan məhdudiyyətdən istifadə edib kommersiya qurursa, yəni şəxsi istifadə üçün olan üstünlükdən kommersiya məqsədi ilə istiafadə edirsə, verigi-rüsum ödəmədən kommersiya qurmaq istəyirsə Azərbaycan İnternet Forumu olaraq , Multimedia Mərkəzi olaraq, ekspert olaraq biz bunu dəstəkləmirik”.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri