“Brand Finance” konsaltinq şirkəti ənənəvi olaraq “Dünyanın ən bahalı 500 brendi” reytinq cədvəlini dərc edib. Bu il üçün ən bahalı brend adına “Google” layiq görülüb. Hesablamalara əsasən, “Google” brendinin bazar qiyməti 44,3 milyard dollar təşkil edir.
Siyahıda ikinci yeri proqram təminatı istehsalına görə dünyanın aparıcı şirkətlərindən olan “Microsoft” tutur. Şirkətin brend kimi dəyəri 42,8 milyard dollardır. Reytinq cədvəlinin tunc mükafatçısı “Wal-Mart” şirkəti (36,22 milyard dollar) olub.
Siyahıda sonrakı yerlərə IBM (36,16 milyard dollar), “Vodafone” (30,67 milyard dollar), “Bank of America” (30,62 milyard dollar), GE (30,5 milyard dollar), “Apple” (29,54 milyard dollar), “WELLS FARGO” (28,94 milyard dollar) və “AT&T” (28,94 milyard dollar) şirkətləri tutur.
Hesabata görə, dünyanın ən bahalı maliyyə brendi “Bank of America”dır. (Ümumi siyahıda 2010-cu ildəki 12-ci yerdən bu il 6-ya qalxıb). Bu sahədə ötənilki lider Britaniyanın HSBC qrupu ikincidir. (2010-cu ildəki 8-ci yerdən bu il 11-ə düşüb).
HP və “Toyota” brendləri isə 4 pillə geriləyərək 13-14-cü yerə eniblər. Ən ciddi geriləmə “Coca-Cola”da baş verib. Ötən il dünyanın 3-cü brendi sayılan “Coca-Cola” indi 16-cıdır. “Nokia” brendi isə dəyərini 2 dəfədən çox itirərək siyahıda 21-ci yerdən 94-ə enib. Meksika körfəzindəki qəzadan sonra BP brendində də ciddi geriləmə müşahidə edilib. 8,754 milyard dollar dəyərində qiymətləndirilən brend bir il bundan öncəki 53-cü yerdən 104-cü yerə enmişdir.
www.stockinfocus.ru saytının məlumatına görə, reytinq cədvəlində ilk onluqdakı doqquz yeri yalnız Böyük Britaniyanın “Vodafone” mobil operatoru istisna olmaqla (5-ci yer - 30,67 milyard dollar) ABŞ şirkətləri tutub. //ikt.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri