Previous Next
Bağla

İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

30-06-2025 13:53
İİTKM “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü" mükafatı alıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Business Outlook” nəşriyyatının təşkil etdiyi “Global Business Outlook Awards 2025” beynəlxalq müsabiqəsində “Government Services” nominasiyası üzrə ali mükafata layiq görülüb.

Xeberler.az bildirir ki, mərkəzə “Ən innovativ monitorinq və qiymətləndirmə təşəbbüsü – Böyük Qayıdış – Azərbaycan 2025” (Most Innovative Monitoring and Evaluation Initiative – Great Return – Azerbaijan 2025) adlı nüfuzlu mükafat təqdim olunub.

Mükafatın təqdim edilməsində əsas meyar kimi Mərkəzin Nazirlər Kabinetinin tapşırığına əsasən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə rəqəmsal platforma yaratması, bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi informasiya sistemləri, videomüşahidə və süni intellekt texnologiyalarından səmərəli istifadə etməsi qeyd olunub.

Bu beynəlxalq mükafat Mərkəzin rəqəmsal dövlət idarəçiliyi və monitorinq sahəsində qabaqcıl yanaşmalar tətbiq etməklə nümunəvi idarəetmə modeli formalaşdırdığını bir daha sübut edir.

Belə ki, Mərkəz tərəfindən:

1. Coğrafi İnformasiya Sistemləri (CİS) və videomüşahidə texnologiyaları vasitəsilə
real vaxtda məlumatların izlənməsi təmin edilib,

2. Risklərin erkən mərhələdə qiymətləndirilməsi və dəyərə əsaslanan idarəetmə
modelləri (CPI – Xərclərin Performans İndeksi, SPI – İcra Performans İndeksi) tətbiq olunub,

3. İctimaiyyətlə operativ əlaqənin qurulması üçün süni intellekt əsaslı çatbot texnologiyasından istifadə edilib,

4. Həmçinin, OECD/DAC standartlarına uyğun çoxsəviyyəli və şəffaf performans monitorinq sistemi hazırlanıb.

“Global Business Outlook Awards 2025” müsabiqəsinin “Texnologiya” kateqoriyasında İİTKM-lə yanaşı bir sıra nüfuzlu milli və regional şirkətlər də qalib elan olunub.

Bu uğur Mərkəzin texnoloji innovasiya sahəsində qabaqcıl mövqeyini və beynəlxalq səviyyədə rəqabətə davamlı institut statusunu bir daha təsdiq edir.

Azərbaycanın dövlət texnologiyaları (GovTech) sahəsində əldə etdiyi bu ali beynəlxalq mükafat Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən proqraməsaslı idarəetmə və nəticəəsaslı büdcələşmə sahəsindəki uğurlu strategiyasının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir.

Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə formalaşan iqtisadi islahatların idarə edilməsi modeli qlobal miqyasda dövlət idarəçiliyi üçün uğurlu bir nümunə kimi qəbul olunur.

Mənbə: https://globalbusinessoutlook.com/award-winners-2025-government-services/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İİTKM ali mükafata layiq görülüb

17-06-2025

İİTKM “World Business Outlook” tərəfindən mükafata layiq görülüb

02-09-2025

İİTKM “İnternational Business Magazine Awards 2025”in qalibi olub

17-07-2025

İİTKM süni intellekt sahəsində ABŞ-da mükafat alıb

16-12-2025

İİTKM Böyük Britaniyanın beynəlxalq müsabiqəsində qalib olub

13-10-2025

İİTKM beynəlxalq müsabiqədə ən yaxşı beyin mərkəzi elan olunub

18-11-2025

İİTKM “Non-Profit Organisation Awards 2025” müsabiqəsinin qalibi olub

23-09-2025

İİTKM beynəlxalq müsabiqədə iki kateqoriya üzrə qalib olub

03-03-2026

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olunub

17-10-2025

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

07-07-2025

İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

21-04-2025

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 5 illik yubileyini qeyd edir

20-04-2021

“Böyük Qayıdış” platforması iki nüfuzlu mükafata layiq görülüb

05-05-2026

Milli Observatoriya ali mükafatla təltif edilib

14-03-2025

“Azexport” Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

27-01-2026

“Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

10-12-2025

Monitoring.az portalının təqdimatı keçirilib

25-10-2019

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

Naxçıvanla bağlı monitorinq və hesabatlıq portalı yaradılıb

10-10-2023

DSMF Birləşmiş Krallıqda keçirilən müsabiqədə ali mükafatla təltif edilib

07-03-2025

DOST RİM Böyük Britaniyada keçirilən iki müsabiqədə qalib seçilib

27-02-2025

DSMF daha bir ali mükafata layiq görülüb

16-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə