İKTA və “ComCom” rəsmiləri arasında görüş keçirilib

19-02-2026 / 18:09

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Gürcüstan Kommunikasiya Komissiyası (ComCom) rəsmiləri arasında işgüzar görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə İKTA-nın Tənzimləmə departamentinin direktoru Tural Zərbəliyev son dövrlərdə Azərbaycan istiqamətində artan dələduzluq məqsədli zənglərlə bağlı narahatlıqları diqqətə çatdırıb. Bildirilib ki, bu zənglərin əksəriyyəti Azərbaycanın milli nömrələmə formatını təqlid edən və Gürcüstanın beynəlxalq telefon kodu (995) ilə təqdim olunan nömrələrdən həyata keçirilir.

Müzakirələr zamanı dələduzluq hallarının qarşısının alınması məqsədilə mümkün həll yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin regional telekommunikasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyini vurğulayıblar. Qeyd olunub ki, bu cür görüşlər operativ informasiya mübadiləsinin qurulması, risklərin vaxtında müəyyənləşdirilməsi və koordinasiyalı fəaliyyətin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Həmçinin bildirilib ki, kiberdələduzluq və saxta zənglərlə mübarizə istiqamətində regional əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması və texniki imkanların uyğunlaşdırılması dayanıqlı həllərin formalaşdırılmasında mühüm rol oynayacaq.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə