İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası sədrinin “İnternet cəmiyyəti” ilə görüşü keçiriləcək

02-02-2023 / 12:41

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri general-leytenant İlqar Musayevin sahə üzrə dövlət özəl və vətəndaş cəmiyyəti arasında əməkdaşlığı gücləndirmək, problemlər, təhlükələr və risklər barədə məlumat mübadiləsi aparmaq, zərurət olduğu hallarda Komissiyanın iclaslarında müzakirəyə təklif etmək məqsədiylə mart ayı ərzində "İnternet cəmiyyəti"ilə görüşün keçirilməsi planlaşdırılır. Keçiriləcək görüşlərdə - informasiya təhlükəsizliyi, kriptoqrafiya, kibertəhlükələr/kibertəhdidlər, informasiya təhlükəsizliyi standartları, dövlət özəl əməkdaşlığı, internet təhlükəsizliyi, fərdi məlumatlar, elektron hökumət, uşaqların internetdən təhlükəsiz istifadə etməsi, kiberdələduzluq, kibercinayətkarlıq, kritik informasiya infrastrukturları və s. kimi sahələr üzrə sualları və ya təklifləri olan müəssisələr, təşkilatlar, QHT və media nümayəndələri iştirak edə bilərlər.

Sözügedən görüşlərdə iştirak etmək üçün 06.03.2023 tarixinədək aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmək mümkündür: https://scis.gov.az/az/itkkregistrationp

 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.