İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb. Videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb.
Xeberler.az məlumat verir ki, yeni çarxın əsas mesajı “mygov ilə sənədlərim hər zaman üstümdə”-dir. Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur. Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır. Çarx vasitəsilə “mygov” platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir. Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları