London Universitetinin nəzdindəki Qoldsmit kollecinin (Böyük Britaniya) tələbəsi Hadil Ayub işarə dilindən ifadələri tərcümə etməyə imkan verən əlcək hazırlayıb.
Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, jestlər dili əlcəyi (SignLanguageGlove) tərcüməçi-əlcək prototipi Arduino adlı quraşdırılmış mikrokompüterin köməyilə idarə olunur. Əlcəyin hər barmağında onun hərəkətini izləyən sensor quraşdırılıb.
İdarəedici blok əlcəyin barmaqları və əlin yerdəyişməsini izləyən akselerometrdən daxil olan məlumatları toplayır. Bütün hərəkətlər kompüter tərəfindən qeydə alınır və mövcud məlumat bazasıyla müqayisə edilir. Jestlər əsasında yığılmış mətn ekranda nümayiş etdirilir və ya qurğunun dinamiki vasitəsilə səsləndirilir.
Gələcəkdə əlcəyin Wi-Fi-ın köməyi ilə smartfonlarla sinxronlaşdırılması nəzərdə tutulur. Bu, əlcəyin tərcüməçi-proqramlar vasitəsilə sinxron işini reallaşdırmağa imkan verəcək, işarə dilində danışan insanlara istənilən dildə ünsiyyət imkanı yaradacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri