Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) ilə birgə həyata keçirdiyi "İstismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə ilk onlayn görüş keçirilib.
Xeberler.az bildirir ki, “Zoom” platforması üzərindən baş tutan tədbirdə Azərbaycan tərəfdən 6 yerli ekspert və 22 nəfərdən ibarət benefisiar qrup, Cənubi Koreya tərəfdən isə 2 nəfər layihə meneceri və kordinator, eləcə də 12 nəfər məsləhətçi iştirak edib.
"Yüksək Texnologiyalar Parkı"nın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov elmin müasir tələblərə uyğun inkişafının təmin olunması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyaların inkişaf etdirilməsi məqsədilə yaradılmış şirkətin ölkədə biznes təşəbbüskarlığı, innovativ tədqiqat və inkişaf, bilik iqtisadiyyatının inkişafına töhfə verən aparıcı yerli və beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin elmi müəsisələri ilə birgə fəaliyyəti təmin etməyi qarşısına məqsəd qoyduğunu bildirib. O, əlavə edib ki, bu kimi təşkilatlardan biri olan STEPI ilə əməkdaşlıq Parkın texnologiyaların transferi və kommersiyalaşdırılma, startap-biznes inkubasiya, eləcə də digər strateji fəaliyyətlərinin həyata keçirilməsində mühüm rol oynayır.
Baş direktorun sözlərinə görə, 2017-ci ildən davam edən bu əməkdaşlıq elmi tədiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqinin stimullaşdırılması, akademiya-sənaye əməkdaşlığının mövcud sahibkarlıq fəaliyyətlərinin inkişafındakı rolunun müəyyən edilməsi, elmi tədqiqat işlərinin sənayenin və real biznesin, o cümlədən aqrar sektorun tələblərinə uyğunlaşdırılmasını təmin edən işgüzar mühitin formalaşdırılması baxımından Park və AMEA-nın digər elmi tədqiqat müəssislərinin əməkdaşlarının potensiallarının gücləndirilməsinə zəmin yaradıb və onların bu sahələrdə öz bacarıqlarının artırılmasını təmin edib.
V.Abbasov qeyd edib ki, bu ildən icra olunan "İstismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi texnoparklar üçün xarakterik olan əsas istiqamətlərin - texnologiyaların transferi və kommersiyalaşdırılması və startap-inkubasiyanı əhatə etməklə bu sahələrdə Koreya təcrübəsinin öyrənilməsini və tətbiqini qarşıya məqsəd qoyur. O, Cənubi Koreyanın tanınmış ekspertlərinin və yerli məsləhətçilərin həyata keçirdiyi təlimlər və bacarıqların artırılması üçün tətbiq olunan digər metodların Park və benefisiar qrupda təmsil olunan digər təşkilatların nümayəndələrinin inkişafında mühüm təsirlərə malik olacağına əminliyini ifadə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri