Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti həftəlik qısa icmalı təqdim edir.
Məqsədimiz sosial mediada müzakirə olunan ən önəmli və əhəmiyyətli İKT xəbərlərini diqqətə çatdırmaqdır.
Keçdiyimiz həftə diqqət çəkən xəbərlərdən biri ölkəmizdə “Acer” kompüterlərinin istehsalına başlanılması oldu.
Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdirəcək. Daha geniş məlmatı buradan əldə edə bilərsiniz.
Gündəmin daha bir diqqətlə izlənilən mövzusu “Startap Azərbaycan 2015” müsabiqəsi ilə bağlıdır.
Belə ki, “Startap Azərbaycan 2015” müsabiqəsinin yarımfinalına iştirak hüququ qazanmış 13 startapın adı açıqlandı. Yarımfinalçıların adları www.startup.az resursunda yerləşdirilib.
Daha ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz. Həmçinin startaplarla bağlı digər məlumatları xəbərlərin startap bölməsinə daxil olaraq əldə edə bilərsiniz.
Startaplarla bağlı daha bir önəmli xəbər isə Khazar Ventures şirkətinin Silikon Vadisinə tur təşkil etməsi oldu.
Təşkilatçıların sözlərinə görə, turun iştirakçıları Google, Facebook, Uber, Evernote, Twitter və s. şirkətlərinin ofislərini ziyarət edəcəklər.
Tur haqqında daha geniş məlumat burada
Bu həftənin İT sahəsində rəsmi xəbərlərindən biri də vətəndaşların daha 4 arayışı elektron formada əldə edə biləcəkləri haqqında informasiya oldu.
"Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib. Elektron arayışların adları və daha ətraflı məlumat burada
Elektron arayışların hansı dövlət qurumaları tərəfindən tanınması haqqında açıqlama da diqqət çəkən məqamlardan oldu. Məlumatı bu linkdən əldə etmək mümkündür.
Daha bir sevindirici xəbər isə DSMF-nin yenilənmiş Çağrı Mərkəzini istifadəyə verməsi oldu.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir standartlara uyğun yenidən təşkil olunmuş “190 Çağrı Mərkəzi” istifadəyə verildi.
Qeyd edək ki, Fondun Çağrı Mərkəzi vasitəsilə 2013-cü ildən Fondun tətbiq etdiyi avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir.
Bu barədə ətraflı məlumat əldə etmək üçün bu keçiddən istifadə edə bilərsiz.
Bu günlərdə müzakirə olunan maraqlı mövzulardan biri Bakı-2015 Avropa Oyunlarının informasiya təminatı sisteminin yaradılması ilə bağlı verilən rəsmi məlumat oldu.
Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin hamısının fiber optik infrastrukturunun qurulacağı bildirilib. Qeyd olunub ki, BTRİB tərəfindən 200 kilometr uzunluğunda optik magistral salınıb və şəbəkə avadanlıqları quraşdırılıb.
Ətraflı məlumat üçün bu keçiddən istifadə edə bilərsiniz.
Azərkosmos-un Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı olması İT sahəsində diqqət çəkən mövzulardan olub. Ətraflı məlumatı isə bu linkdən əldə etmək mümkündür.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri