Ötən həftənin İKT mənzərəsi

25-05-2015 / 14:15

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda ötən həftə ərzində İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq. 

Xeberler.az ötən icmalı may ayının 18-də təqdim etmişdi.

Ötən həftədə sosial medianın və KİV-in baş xəbəri  Bakının Binəqədi rayonunda  15 nəfərin ölümünə, 26 nəfərin xəsarət almasına səbəb olan yanğın hadisəsi olub.
Binanın yanmasına səbəb olan, keyfiyyətsiz penoplas üzlükləri istehsal edən və təmir işlərini aparan şirkətlərlə bağlı  Xeberler.az virtual arxivdə bir sıra faktlar tapdı.
Daha ətraflı məlumat burada.
Yanğınla əlaqəli olan digər material- “Mobil texnologiyalar insanların sağ qalmasına necə kömək edə bilər ?” yazısı ilə burada tanış ola bilərsiniz.

Həftə sonlarına yaxın səs-küyə səbəb olan məqamlardan biri Milli Televiziya və Radio Şurasının iclas keçirməsi oldu.
İclasda “Lider TV və Radio Azərbaycan” MMC və “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib.
İclas barədə ətraflı məlumatı buradan ala bilərsiniz. 

Ötən həftənin İKT mənzərəsində diqqət çəkən xəbərlərdən biri Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının  150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın qızıl medalla təltif edilməsi oldu.  Daha ətraflı burada 

Ötən həftənin İT sahəsinin xəbərlərdən biri də NETTY- Milli İnternet Müsabiqəsinin başa çatması oldu.
Müsabiqə haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Beynəlxalq müsabiqələrdən olan “Microsoft Imagine Cup” ötən həftə Azərbaycanda da təşkil olundu. 
Milli finalda “İnnovasiyalar” , “Oyunlar” , “Dünya vətəndaşlığı” nominasiyaları üzrə qaliblər seçildi. Ümumdünya Finalında iştirak edəcək komandaların adları isə iyunun 1-də elan olunacaq.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Keçdiyimiz həftə rəsmi xəbərlərdən biri Ədliyyə Nazirliyinin yeni elektron qeydiyyat və idarəetmə sistemlərini yaratması haqqında oldu.
"Məhbusların şəxsi işlərinin idarə edilməsi sisteminin və Vahid Elektron Tibbi Qeydiyyat Məlumat bazasının yaradılması”nın tapşırığa uyğunluğunun monitorinq edilməsi və müvafiq rəyin verilməsi üzrə xidmət göstərən şirkətlərlə danışıqlar aparılır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Elektron hökumət quruculuğu, Elektron Hökumət Portalının mobil tətbiqi ilə bağlı yazını isə  buradan əldə edə bilərsiniz

Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca medianın maraq dairəsində "Avropa Oyunlarına hazırıqmı?" sualıdır.
"Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçirilib. Konfransda media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, ictimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatlar dinlənilib və iştirakçılara sertifikatlar verilib.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

İKT-nin  təhsil sahəsində tətbiqi ilə bağlı  təqdirəlayiq addımlardan daha biri Bakı Modern Məktəbində "Robototexnika və Mühəndislik" Əlavə təhsil Mərkəzinin açılışı oldu.  
Tədbirdə Mərkəzin daha da genişləndirilərək uşaqlar üçün Texno Parka çevrilməsi istiqamətində təkliflər səsləndirildi.
Tədbir haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə təhsildə İKT –nin tətbiqi ilə bağlı daha bir tədbir Təhsil Nazirliyinin “Edumedia Azərbaycan”  ilə birgə təşkil etdiyi “Promethean interaktiv lövhələrin tədrisdə tətbiqi”  mövzusunda Müsabiqənin təqdimmat mərasimi olub.
Daha ətraflı burada

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə