Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 15-də təqdim etmişdi.
Ötən həftənin də əsas mövzusu “Baku2015” Avropa Oyunlarıdır. Xeberler.az Avropa Oyunlarının gedişatı zamanı Atletlər və Media kəndində, Oyunlar keçirilən arenalarda telekommunikasiya və İnternet təminatının vəziyyəti ilə maraqlanıb.
Oyunların telekommunikasiya və İnternet infrastrukturunun qurulmasında, informasiya təhlükəsizliyinin qorunmasında müxtəlif qurumlar iştirak edir.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
Ötən həftə diqqət çəkən məsələlərdən birisi də yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiq sahəsinin genişləndirilməsi olub.
Belə ki, ötən həftə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda göstərilib ki, “Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər”.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
Ötən həftə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Yevlax rayon sakinləri ilə görüş keçirib.
Görüş zamanı əhaliyə göstərilən telekommunikasiya, İnternet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılıb.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
Bu həftə medianın marağına səbəb olan daha bir xəbər Rabitə və Yüksək texnologiyalar nazirinin 2016-cı ilin sonunadək respublikada bütün yaşayış məntəqələrinin telefonlaşdırılması ilə bağlı açıqlaması olub.
Qeyd edək ki, hazırda ölkənin 25 faiz kənd və qəsəbəsində telefon xəttindən yetərincə istifadə imkanları yoxdur.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
İKT sahəsində həftənin diqqət çəkən xəbərlərindən biri də Startap Azərbaycan komandasının nazir Əli Abbasovla görüş keçirəcəyi barədə məlumat oldu.
Startap Azərbaycan komandasının RYTN tabeliyində İT-nin İnkişafı Dövlət Fondunun rəhbərliyi ilə keçirdiyi görüşdən sonra hazırlanmaqda olan təkliflərin Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə daha geniş tərkibdə müzakirə edilməsi məqsədəuyğun hesab edilib.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
Keçdiyimiz həftə Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı.
Dövlət Sosial Müdafiə Fondu may ayında “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərindən ən çox istifadə olunan dövlət qurumları arasında ilk yerlərdə qərarlaşıb. Fondun rəsmi internet saytı , Elektron Hökumət Portalı və Hökumət Ödəniş Portalları üzərindən təqdim olunan elektron xidmətlər üzrə ümumilikdə 315 178 istifadə sayı qeydə alınıb.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
Milli startap ekosistemi ilə bağlı ötən həftənin diqqət çəkən məqamları həm də Azərbaycan Dövlət İqtisad Universitetində startap infrastrukturun genişləndirilməsi və BethClip startapının ABŞ-da uğur qazanması olub.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri