İKT sahəsində nələr baş verir?

13-05-2015 / 15:25

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda ötən həftə ərzində İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını təqdim edirik. Nəzərinizə çatdıraq ki, ötən icmalı may ayının 4-də təqdim etmişdik. 

Hər ay keçirilən  “Elektron Hökumət” bülleteni üzrə brifinq növbəti dəfə baş tutub.
Brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər baradə məlumatlar verilib.
Brifinq haqda daha geniş məlumat buradadır.

Bu həftənin İT sahəsində rəsmi xəbərlərindən biri tələbələrin imtahan nəticələri ilə bağlı onlayn müraciət edə biləcəyi oldu. Məlum oldu ki, Elektron Müraciət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edəcək və nəticələrini öyrənə biləcəklər. Bunun üçün “erize.asue.edu.az” saytına daxil olmaq kifayətdir.
Digər elektron xidmətlər haqqında məlumatı buradan əldə edə bilərsiniz.
TQDK-nın elektron xidmətlərindən istifadə edənlərin sayını isə bu keçiddən  əldə etmək olar

Sosial media və KİV-in marağına səbəb olan hadisələrdən biri  isə “Azərişıq ASC”nin “Elektron hökumət” portalına inteqrasiyası oldu. 
Portal üzərindən, enerji haqlarının İnternet vasitəsilə ödənilməsi, işıq kodunun yeni abunəçinin adına keçirilməsi üçün e-müraciət, istehlakçıların elektrik şəbəkəsinə qoşulması üçün e-müraciət, enerji borcu olmaması barədə elektron arayış kimi elektron xidmətlər təqdim ediləcək.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

İT sahəsində həyata keçirilən önəmli tədbirlərdən biri də "NETTY 2015" Azərbaycan Milli İnternet Mükafatının nominantlarının müəyyən edilməsi oldu. 
Nominantların yekun siyahısı ilə "http://netty.az/az/nominants"  saytında tanış ola bilərsiniz. Artıq mükafatın akademiyası səsverməyə başlayıb. Qaliblər rəsmi mükafatlandırma mərasimi- 20  may tarixində elan olunacaq.
Müsabiqə haqqında daha geniş məlumat buradadır

İT sahəsində rəsmi xəbərlərdən biri də “ASAN xidmət”in  Berlində və Romada təqdim edilməsi oldu.
Berlində baş tutan səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti ilə Almaniya rəsmiləri görüşüb.
Romada ikigünlük konfransda iştirakçılara rəqəmsal identitet bazarında beynəlxalq təcrübə ilə tanış olmaq, milli elektron identitet sistemində mobil identitetin roluna dair müzakirələr aparmaq və pasport-viza idarəetməsi sahəsində tətbiq edilən innovativ rəqəmsal həllərə dair təcrübə mübadiləsi aparmaq imkanı yaradılıb.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz. 
Romada baş tutan görüşdən ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.

 İT sahəsində diqqət edilməli məqamlardan biri də Xidmətlərin Elektron Reyestrinə daxil edilən məlumatların VXSİ Dövlət Agentliyi tərəfindən yoxlanılacağı xəbəri oldu.
“Qiymətləndirmə yekunlaşdıqdan sonra isə ölkə rəhbərliyinə mövcud vəziyyətlə bağlı ətraflı hesabat təqdim olunacaq”
Daha ətraflı məlumat buradadır

İT sahəsində beynəlxalq tədbirlərdən biri də Brüsseldə Azərbaycanın e-hökumət layihəsini təqdim etməsi oldu.
Tədbirdə Azərbaycandan Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Kibernetika İnstitutunun və Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edib.
Tədbir haqda daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

Bu həftənin İT sahəsində rəsmi xəbərlərindən biri də Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yeni "qaynar xətti”nin fəaliyyətə başlaması oldu.
Sahibkarlıq fəaliyyəti ilə əlaqədar polis hansısa problem yaradarsa, vətəndaşlar "1002” qısa nömrəsinə zəng vurmaqla hüquq-mühafizə orqanının həmin işçisindən və ya işçilərindən şikayət edə bilər.
Xəbər haqqında daha geniş məlumatı buradan ala bilərsiniz. 

Bu həftə mediada ən aktual olan mövzulardan biri vahid gediş kart sisteminin tətbiqinə başlanması ilə bağlı mətbuatda gedən xəbər oldu.
“Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiq edilməsi üçün işlər davam etdirilir. Artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb”.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Startaplarla bağlı daha bir xəbər isə “Startap Azərbaycan 2015” müsabiqəsi ilə əlaqəli oldu. Belə ki, “Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub. Müsabiqənin yekun təqdimat mərasimi mayın 15-də Park İnn Otelində keçiriləcək. Konfransın mövzusu isə “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər“ mövzusunda olacaq.
Ətraflı məlumat bu keçiddədir. Həmçinin, startaplarla bağlı digər məlumatları xəbərlərin startap bölməsinə daxil olaraq əldə edə bilərsiniz.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə