“İT GÜNDƏM”-in növbəti icmalı

27-04-2015 / 17:34

Xeberler.az “İT GÜNDƏM” -in növbəti yazısını təqdim edir. Bu həftə sosial mediada, İT qruplarda və saytlarda İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Bu həftə müasir dövrümüzdə aktual olan hadisələrdən biri Aprelin 23-də ADA universitetində “İKT-nin qadınların həyatında rolu” mövzusunda konfransın keçirilməsi oldu.
Qeyd edək ki, Azərbaycan Qadınlarının İKT Klubu - “Femmes Digitales” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 60-dan artıq xanımları birləşdirən ilk peşəkar təşkilatdır.
Daha ətraflı linkə daxil olub məlumat ala bilərsiniz.

Bir neçə müddət gündəmdə olacaq, bütün İT qruplarda müzakirə olunan önəmli hadisələrdən biri də Azərbaycanda ilk dəfə olaraq beynəlxalq standartlara uyğun Bakıda Uber xidmətinin fəaliyyətə başlaması oldu.
UBER-ə qoşulmaq istəyənlər  Uber tətbiqini iPhoneAndroidWindows və ya Blackberry 7 smartfonlarda  quraşdıra  və yaxud buradan qeydiyyatdan keçə bilər.
Uber və ya taksi sifarişi göstərən digər xidmətlər haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz. 

İT sahəsində rəsmi xəbərlərdən biri də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sisteminin yaradılmasıdır.
Məqsəd mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və monitorinqinin aparılması, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsidir.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Gündəmin daha bir rəsmi xəbəri hökumət portalına yeni məlumat bazalarının əlavə olunmasıdır.
İlin əvvəlində vətəndaşların istifadəsinə verilmiş "data.gov.az" "Açıq Hökumət Məlumatları" portalında hazırda 20-dən artıq məlumat bazası açıq elan edilib.
Əlavə məlumatı buradan ala bilərsiz.

İT sahəsində həyata keçirilən tədbirlərdən biri də "Yeni Fikir 2015" Müsabiqəsinin final mərhələsinin keçirilməsi oldu.
Qeyd edək ki, finalda 12 layihə komandası yarışdı. Müsabiqənin nəticələrinə görə ən yaxşı 10 layihənin şirkətləşməsinə QUTechnopark ilkin maliyyə, ofis və əlavə investor dəstəyi verildi. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Dünyada ən çox istifadə olunan sosial şəbəkələrdən birində tələbələrimiz “Çanaqqala 100” Twitter aksiyası üçün birləşdi.
Məqsəd aktiv istifadə etdilən Twitter sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni "soyqırımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir.
Aksiya haqqında ətraflı məlumat 

Hal-hazırda aktual olan məsələlərdən biri də Bakı 2015 Avropa Oyunları ilə bağlıdır. Bakı 2015 İKT sahəsinə də öz təsirini göstərməkdədir
Avropa Oyunları zamanı milli internet resurslarımıza hücumların artacağı gözlənilir.
İnternet təhlükəsizliyinin  və normal informasiya mübadiləsinin təmin edilməsi üzrə  sistemli formada Monitorinqlərin aparılacağı bildirilib. Avropa Oyunları ilə bağlı məlumatlar mütəmadi olaraq xəbərlər-də yerləşdirilir.
Daha ətraflı məlumat burada
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”
Daha geniş məlumatı buradan əldə edə bilərsiniz.
Qeyd edək ki, I Avropa Oyunları ilə bağlı poçt markaları nəşr olunub.
Geniş məlumat burada
Həmçinin, Avropa Oyunları ilə bağlı Bakıda optik kabel infrastrukturu yaradılıb.
Ətraflı məlumat bu keçiddə

Azərbaycanın İKT-nin inkişafında daha bir uğuru isə "Azerspace-1" peyki Bakı-2015 I Avropa Oyunlarını dünyada yayımı üçün cəlb olunan 4 peykdən biri kimi seçilməsi xəbəridir.
ətraflı məlumat burada

Gündəmin daha bir önəmli hadisəsi  mobil rabitə operatorlarının vahid arabağlantı tariflərinə keçəcəyi xəbəri oldu.
Artıq arabağlantı münasibətlərinin ortaq nöqtəyə gətirilməsi üçün təkliflər hazırlanıb və yaxın günlərdə müvafiq qərar qəbul olunacaq. 
Daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə