Previous Next
Bağla

Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

24-12-2021 17:14
Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək
Elektron Hökumətin İnkişafı Mərkəzi bir daha açıqlayıb ki, eGov infrastrukturun özəyini təşkil edən ASAN Bridge sistemi artıq tam hazırdır. EHİM bir neçə ildir ki, bu haqda açıqlamalar verir.
 
Milli Məlumat Mübadiləsi Sistemi olan ASAN Bridge dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyasında əsas rol oynayır. Məlumat mübadiləsi, inteqrasiya məhz bu sistem üzərindən gerçəkləşir.
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib.
 
Ekspert qeyd edib ki, eGov bundan sonra əsasən ASAN Bridge üzərində "oturacaq".
 
"Yeri gəlmişkən, indiyədək bizim eGov infrastrukturu xarici bir sistem, Estoniyaya məxsus ola X-Road sistemi üzərindən fəaliyyət göstərirdi.
 
VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin uzun illər üzərində işlədikdən sonra belə bir strateji milli məhsulu tam istifadəyə verməsi təqdirəlayiqdir. Amma maraqlı məqam odur ki, dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyasında çox ciddi problemlər hələ də qalır.
 
Dövlət qurumları bəh-bəhlə e-xidmətləri təbliğ etsə də və EHİM bu sistemlərin ASAN Bridge sisteminə qoşulduğunu bəyan etsə də real vəziyyət əksini göstərir. Hələ də dövlət qurumlarının bir çoxu digərlərinin elektron sənədlərini tanımır, onları kağız formada, notarial tesdiqlə vətəndaşdan yenidən tələb edir.
 
Bir dövlət qurumu elektron etibarnamənin, digər dövlət qurumu əmlakla bağlı elektron çıxarışın, başqa birisi isə hətta şəxsiyyət vəsiqəsi və yaşayış yerindən arayışın notaril təsdiqini istəyir.
 
Bu isə o deməkdir ki, hələlik ASAN Bridge üzərindən inteqrasiya başa çatmayıb. On illərdi eGov quruculuğunun, dövlət sektorunda rəqəmsal transformasiyanın aparıldını nəzərə alsaq bu tip hallar onu göstərir ki hələlik real nəticələr çox azdır".
 
Osman Gündüzün sözlərinə görə, yaxşı olardı ki, EHİM ASAN Bridge sisteminə qoşulanların, inteqrasiyası baş tutan dövlət qurumlarının siyahısını açıqlasın. Eyni zamanda inteqrasiya baş tutmayan dövlət qurumların siyahısı açıqlansın.
 
Göstərilsin ki, onların hansı xidmətləri, hansı bazalarının inteqrasiyası baş tutub. Düşünürəm ki kordinasiyaya cavabdeh qurum oaraq EHİM dövlət nəzarəti və ictimai nəzarətin gücləndirilməsi imkanları baxımından da bunları dərc etməsi çox faydalı olardı".
 
Ekspert qeyd edib ki, VXSİ Dövlət Agentliyi də hər il xidmətlərin keyfiyyəti ilə bağlı Hesabatında bu məqamlara ayrıca diqqət yetirməli və məlumatları tam açılamalıdır.
 
"Ötən dəfə adi bir xidməti əldə edərkən iki nəhəng dövlət qurumunu özüm aşkar etdim ki, hələ də vətəndaşlardan kağız sənədlər, notarial təsdiqlər tələb edirlər.
 
Dövlətdə elektron fofmada olan bir sənədi sistemdən çıxardıb, notarial da təsdiqləmək, yumşaq desək, xoşagəlməz bir situasiya idi.
 
Yaxşı olar ki, EHİM Ədliyyə Nazirliyi ilə birgə dövlətə məxsus informasiya sistemlərində elektron formada mövcud olan sənədlərin yenidən kağıza çevrilməsi və notarial təsdiqini qadağan edən bir norma hazırlasınlar. Adında "elektron" sözü olan sənədi kağıza çevirib notarial təsdiq edən notariusları Ədliyyə Nazirliyi cəzalandırmalıdır".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

ASAN 2.0 realdırmı ?

05-12-2018

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Ekspert: Resurslar hara yönəldilməlidir - ASAN-a, yoxsa rəqəmsal hökumətə?

14-12-2021

Dövlət qurumları arasında məlumat mübadiləsinin həcmi 2 milyardı keçib

19-11-2025

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Elektron Hökumətin İnkişafı Mərkəzinin bir ili tamam oldu

13-03-2019

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə