Previous Next
Bağla

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021 12:05
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

Kaspersky mütəxəssisləri mövsumi endirimlər və “qara cümə günü” ərəfəsində onlayn ödəniş sahəsindəki fişinq hücumlarının sayında artım qeydə alıblar. Bu cür təhdidlərin dünya üzrə ümumi sayı bu ilin sentyabr-oktyabr ayları ərzində iki dəfədən çox, 208% artıb.

Xeberler.az bildirir ki, ümumilikdə 2021-ci ilin ilk 10 ayı ərzində Kaspersky tərəfindən 40 milyondan çox fişinq hücumu qeydə alınıb ki, dələduzlar iri brendlərin adı altında gizlənərək əsasən onlayn mağazalar və maliyyə təşkilatlarını hədəf alıblar. Adətən belə hücumlar zamanı təcavüzkarlar istifadəçinin pulunu və şəxsi məlumatlarını ələ keçirməyə cəhd edirlər.

Belə sxemlərdən birində dələduzlar məşhur supermarketi yamsılayıb və müştərilərə guya şirkətin xidmətini yaxşılaşdırmaq üçün keçirilən sorğuda iştirak etmək dəvəti göndəriblər. Sorğudan keçənlərə pul da daxil olmaqla, uduşlar vəd edilib. Maraqlıdır ki, skam mesaj ehtiva edən belə bir səhifə brauzerin dil bölməsində əks olunub.

Başqa sözlə, əgər istifadəçi, misal üçün, Azərbaycandadırsa, amma onun brauzerinin tənzimləmələri ingilis dilindədirsə, səhifə ingiliscə olacaq. Bu halda fırıldaqçılar həm də təklifin məhdud olduğunu də bildiriblər: pulu guya yalnız 100 nəfər əldə edə bilər, sorğuda iştirak üçün qərar verməyə ayrılan vaxt isə çox azdır (səhifədə geri sayım sayğacı görsənir). Nəticədə istifadəçi məlumatlarını və pulunu itirir, vəd olunan uduş isə yoxa çıxır.

Ən saxta fırıldaq üsuluna gəldikdə, bu, “ənənəvi” skam sxemi ola bilər - insana uduş qazandığı haqqında məlumat verilir, amma onu əldə etmək üçün kiçik məbləğdə komissiya istənilir, hansı ki, təcavüzkarın cibinə gedir. Ya da bu cür sxemlərdə insanlar sorğu keçirilən başqa səhifələrə yönləndirilirlər, beləliklə, təcavüzkarlar, çox güman ki, onlar üçün kontaktlar toplayaraq trafika görə bonus əldə edirlər. Bəzi səhifələrdə insanlardan bildirişi aktivləşdirmək xahiş olunur, sonrasında isə reklam və skam göndərişlərinin ardı-arası kəsilmir.

“Təcavüzkarlar hər zaman öz sxemlərini cari gündəliyə uyğunlaşdırır, ona görə də endirim mövsümü və “qara cümənin” başlanması da istisna deyil. Görürük ki, bu gün dələduzlar tez-tez elektron ödəniş və onlayn mağazalar qismində maskalanırlar. Təhlükəsizlikdən əmin olmaq üçün, saytın doğrudan da göstərilən brendə aid olub- olmadığını yoxlayın: ünvanın adı rəsmi ünvanla üst-üstə düşür, URL isə HTTPS-lə başlayır,” deyə Kasperskinin baş məzmun analitiki Tatyana Şerbakova bildirib.

Dələduzların toruna düşməmək üçün digər onlayn təhlükəsizlik qaydalarına da əməl etmək lazımdır:

• poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin;

• onlayn alış-veriş üçün ayrıca bir kartınız olsun, məsələn, virtual bir kart və onda kiçik məbləğlər saxlayın, həmçinin gündəlik xərc limitləri təyin edin;

• əgər onlayn mağaza tanınmış deyilsə, xüsusi “whois” xidmətlərində onun domeni haqqında məlumatları yoxlayın: əgər o, tamamilə yenidirsə və fiziki şəxsin adına qeydiyyatdadırsa, oradan alış-veriş etmək lazım deyil;

• məsələn, Kaspersky Internet Security kimi bir qoruma proqramı yükləmək pis olmaz. O, fişinq və ya skam saytlarına və ya zərərli reklam banerlərinə keçidi önləyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020

Təcavüzkarlar onlayn tanışlıq xidmətlərindən necə sui-istifadə edirlər?

14-02-2023

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə