Previous Next
Bağla

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021 12:24
Kaspersky və Fnatic əməkdaşlığa başlayır

Kaspersky peşəkar kiber idman təşkilatı Fnatic ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Şirkətlər çoxkanallı rəqəmsal məzmun yaratmaq və onlayn tədbirlər keçirmək də daxil olmaqla, birgə təşəbbüslərlə çıxış edəcəklər. Bundan əlavə, Kaspersky loqosu “League of Legends” e-idman platformasında oynayan Fnatic Rising komandasının köynəklərinə əlavə ediləcək. Tərəfdaşlıq Kaspersky tərəfindən 2021-ci il üçün kompüter oyunları bazarı haqqında hazırlanan strategiya çərçivəsində bağlanıb.

Fnatic şirkəti kiber idmanın inkişafında fəal iştirak edir: tədbirlərə və çempionatlara sponsorluq edir, eyni zamanda geymerlərin ehtiyaclarını nəzərə alaraq öz həllərini təkmilləşdirir. Kaspersky-nin ev istifadəçiləri üçün flaqman məhsulları sistemin taranması və yeniləməsini həyata keçirməyən, bildirişləri göstərməyən oyun rejiminə malikdir. Buna görə də, oyunçunun diqqəti yayınmır və cihazın gücü boş yerə israf edilmir. Onlayn oyunların populyarlığı kiber cinayətkarlar üçün də böyük imkanlar yaradır.

Belə ki, 2020-ci ildə aparılmış sorğuya* görə, Rusiyada demək olar ki hər dördüncü oyunçu skam kimi bir saxtakarlıq növü ilə üzləşib, 18,5%-nin qiymətli oyun artefaktları ya itirilib, ya oğurlanıb, 7%-nin isə avtorizasiya məlumatları ələ keçirilib. Kaspersky mütəxəssisləri bu cür vəziyyətlərdən necə qurtulmaq barədə tez-tez danışırlar.

"Biz rəqəmsal məkanı təhlükəsiz etmək istəyirik ki, hər kəs texnologiyanın onlara təqdim etdiyi sonsuz fürsətlərdən istifadə edə bilsin", - deyə Kaspersky-nin Rusiya, Qafqaz və Orta Asiya ölkələri üzrə marketinq rəhbəri Oleq Qudilin bildirib. "Biz Fnatic ilə əməkdaşlığa başlamaqdan və ən məşhur idman komandalarından birini
dəstəkləməkdən, həmçinin peşəkar cəmiyyətdən geniş geymer auditoriyası üçün məhsullarımızı təkmilləşdirməyə imkan verən məlumatlar almaqdan məmnunuq".

"Kaspersky ilə birlikdə işləməkdən və dünyadakı pərəstişkarlar və oyunçularla kiber idmanda informasiya təhlükəsizliyinin vacibliyi haqqında dialoq aparmaqdan məmnunuq," Fnatic CEO-su Sem Metuz deyib. "Kaspersky oyun prosesini təhlükəsiz
hala gətirməyə çalışır və bu bizim missiyamıza uyğundur".

Ortaq təqdimatlar və onlayn tədbirlər üçün Kaspersky və Fnatic-in rəqəmsal kanallarından istifadə ediləcək. Şirkətlər oyunçulara kiber təhdidlərdən necə xilas olmaq, oyun aktivlərini necə qorumaq və oyunun lazımi sürətdə getdiyinə və kəsilməyəcəyinə necə əmin olmaq barədə danışacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

“Kaspersky”: Potensial çitlərin 42 faizində təhlükə var

29-11-2019

Kaspersky-dən yaşlı nəslin kiber təhlükəsizliyinə dair məsləhətlər

11-12-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Oyun həvəskarları kompüterini kiberhücumlardan necə qoruya bilər?

23-12-2016

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

28-12-2021

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə