Previous Next
Bağla

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022 12:24
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

WhatsApp ani mesajlaşma və səsli rabitə xidməti daim yeni funksiyalar əlavə edir. Sistematik olaraq yenilənən və populyar olan messencer təkcə qanunsevər istifadəçilər üçün deyil, həm də xidmətdən müxtəlif növ saxtakarlıq sxemlərini həyata keçirmək üçün istifadə edən təcavüzkarlar üçün daha cəlbedici ünsiyyət vasitəsinə çevrilir.

Xeberler.az bildirir ki, Kaspersky mütəxəssislərinin bildirdiyinə görə, messencerin populyarlığının artması fırıldaq sxemlərinin sayının artması ilə birbaşa bağlıdır. Təcavüzkarlar qurbanla əlaqəni rəsmi saytlardan, məsələn, şəxsi satış elanlarının yerləşdirilməsi və ya birgə səfərlərin təşkili xidmətlərindən şəxsi söhbətlərə köçürmək üçün çox vaxt WhatsApp-dan istifadə edirlər. Bu hallarda istifadə edilən sxemlər kifayət qədər standartdır: onlar fişinq keçidi göndərə, SMS-lə gələn birdəfəlik şifrəni əldə etməyə cəhd edə və ya istifadəçiləri başqa hərəkətləri yerinə yetirməyə inandıra bilərlər.

Aşağıda digər sxemlər də qeyd olunub.

Məsələn, fırıldaqçılar messencerdən kommersiya şirkətləri ilə onların müştəriləri arasında əlaqə vasitəsi kimi istifadə edə bilərlər. Belə ki, təcavüzkarlar Covid-19 pandemiyasından istifadə edərək, özlərini müştərilərin çatdırılma xidmətlərində tez-tez problemlərlə üzləşdiyi onlayn mağazaların nümayəndələri kimi təqdim ediblər. Onlar gömrük xərclərini ödəməyi və ya bağlamanın çatdırılması üçün əlavə ödəniş etməyi tələb edərək müxtəlif dillərdə sorğular göndəriblər. Eyni zamanda, mesaja əlavə edilmiş linklərə klikləmək və ya göndərilən faylları açmaq zərərli proqramların cihaza yüklənməsinə və ya fişinq saytlarına keçidə yol aça, nəticədə bank kartı məlumatlarının və digər şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.

Təcavüzkarlar həmçinin WhatsApp-da çatdırılma ünvanlarının tapılmadığı iddia edilən bağlamaların “uduşa qoyulduğu” saytların yaradılması ilə bağlı saxtakarlıq sxemindən istifadə edə bilərlər. Bu cür saytlar məzmunu məlum olmayan “uduşlara” mərc qoymağı təklif edə bilər. Ancaq kampaniyanın sonunda qalib həm pulunu itirir, həm də əliboş qalır.

“İstifadəçilərə ayıq-sayıq olmağı, rəsmi mənbələri yoxlamağı tövsiyə edirik və unutmayın ki, əgər bir şey həqiqət ola bilməyəcək qədər yaxşı görünürsə, bu, çox güman ki, saxtakarlıqdır. Bütün cihazlara, o cümlədən, mobil cihazlara aktual fişinq və spam resurslarınına malik təhlükəsizlik həlli quraşdırmaqda fayda var”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün bir neçə əsas qaydaya əməl etmək lazımdır:

  • hətta şəxsən tanıdığınız şəxslərdən də şübhəli mesajlar alarkən diqqətli olun;
  • linklərə keçid etməzdən əvvəl yazı xətalarını və ya digər şübhəli uyğunsuzluqları yoxlayın: əgər link şübhə doğurursa, saytın ünvanını axtarış sisteminə daxil etmək və hər simvolu müqayisə etmək lazımdır;
  • şübhəli linkləri yaymayın, çünki fişerlər insanların dostları tərəfindən göndərilənlərə daha çox güvəndiklərini anlayaraq, istifadəçilərdən tez-tez öz kontakt siyahısı ilə zərərli link paylaşmağı xahiş edirlər;
  • asan qazanc təkliflərindən, uduşlar haqqında bildirişlərdən, nəyisə pulsuz təqdim edən vədlərdən ehtiyatlı olun;
  • əksər dələduzluq resurslarını avtomatik bloklayan etibarlı təhlükəsizlik həlli quraşdırın.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Kaspersky fişinqin 5 tanınmış növü və onlardan qorunmaq barədə danışır

30-06-2022

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə