Previous Next
Bağla

Kaspersky: İşçilərin korporativ zənglərdən necə boyun qaçırdığı araşdırıb

21-06-2021 16:15
Kaspersky: İşçilərin korporativ zənglərdən necə boyun qaçırdığı araşdırıb

Kaspersky-nin keçirdiyi qlobal sorğunun* nəticələrinə görə, dünyadakı istifadəçilərin 21%-i video görüşdən yayınmaq üçün cihazlarının yenilənməsini bəhanə gətirib. Bu bəhanə inandırıcı görünür: respondetlərin 35%-i zəngə doğrudan da bu səbəbdən gecikdiyini bildirib.

Distant iş rejiminə keçid toplantı çoxluğu probleminin həllinə yardımçı ola bilməyib: insanlar videozənglərdən yorulur və onlarda iştirak etməmək üçün bəhanələr axtarır. İş cihazının yenilənməsi isə onlayn görüşlərdən yayınmaq üçün olduqca məqbul səbəb kimi görünür.

Bəziləri proqramın yenilənməsi prosesini təxir üçün bir fürsət kimi qəbul edirlər: respondentlərin 27% -i işdən yayınmaq üçün yeniləməni qəsdən başlatdıqlarını etiraf edib. Amma bu, insanların çoxunun xoşuna gəlmir: 65% respondent cihazın qeyri-iş saatlarında yenilənməsini istəyərdi. Ola bilsin ki, onlar yenilənmələrin yaddaşda saxlanılmamasından qorxurlar, çünki 37% respondent kompüter və ya noutbukun yenilənmədən sonra işə düşməsi nəticəsində eyni halla qarşılaşıb.

“Yeniləmələr adətən fon rejimində yüklənir və işə mane olmur, lakin bundan sonra cihazı yenidən yükləmək lazım gəlir. Əlbəttə ki, yayınmaq mümkün olmayan tapşırıqlar var, buna görə istifadəçi adətən yeniləmələrin quraşdırılması prosesini bir müddət təxirə sala bilər. Ancaq cihaz ən uyğunsuz zamanda, vacib bir zəngdən əvvəl və ya uzun bir məktub yazarkən yenidən yüklənməyə başlamaması üçün, onu çox uzatmaq lazım deyil,” deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib. Yeniləmə quraşdırılması prosesi işçilər və sistem administratorları üçün daha rahat olsun deyə, Kaspersky İT şöbələrinə aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

1. yeniləməni iş gününün sonuna planlaşdırın;
2. əgər mümkündürsə, yüklənmə prosesini qeyri-iş vaxtına keçirməyə kömək edən distant qoşulma texnologiyasından istifadə edin;
3. istifadəçiləri bir neçə qrupa bölün və yeniləməni hər biri üçün növbəylə yükləyin ki, İT şöbəsi ona ehtiyac duyan hər kəsə kömək edə bilsin;
4. korporativ proqram təminatında avtomatik yadda saxlama funksiyası varsa, bu barədə məlumat verin;
5. sonuncu cihazların qorunması üçün yenilənməni idarə etmək funksiyasına malik həllərdən, məsələn biznes üçün Kaspersky Endpoint Security-dən istifadə edin. Davranışların təhlili və eksploytlardan qoruma texnologiyası təcavüzkarların açıq zəifliklərdən istifadəsinin qarşısını alır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky cihazları vaxtında yeniləməyi tövsiyə edir

31-05-2021

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky Azərbaycanda Log4shell hücumlarının qarşısını alıb!

02-02-2022

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Şirkətlər xərcləri azaltmaq üçün pirat proqramlardan istifadə edir?-Sorğu

15-11-2022

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky: Istifadəçilərin çoxu öz tərəfdaşlarının rəqəmsal təqibini qəbuledilməz hesab edir

22-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə