Previous Next
Bağla

Kaspersky cihazları vaxtında yeniləməyi tövsiyə edir

31-05-2021 15:25
Kaspersky cihazları vaxtında yeniləməyi tövsiyə edir

Hər iki istifadəçidən biri cihazı yeniləmək üçün kompüteri yenidən yükləməyin zəruriliyi barədə bildirişi görən zaman "Daha sonra xatırlat" düyməsini sıxır. Bu məlumatlar Kaspersky-nin insanların cihazlarda olan yeniləmələrə münasibətini və bu proseslərlə əlaqəli vərdişlərini araşdıran yeni bir qlobal sorğusunun nəticələridir.

Daha sonra xatırlatma seçənlərin əhəmiyyətli bir hissəsi (41%) adətən cihazı günün sonunda, 19%-i bir neçə gün ərzində, 18%-i isə bir neçə saat ərzində yeniləyir. Hər onuncu (11%) istifadəçi ən az bir dəfə yeniləmə prosesini bir neçə ay müddətinə təxirə salır.

İş cihazı yenilənərkən 44% istifadəçi işinə fasilə verir, 20% isə oflayn olaraq həll edilə bilən tapşırıqları yerinə yetirir (məsələn, zənglər edir). Şəxsi cihazları yeniləyərkən istifadəçilərin 31%-i televizora baxır və ya kitab oxuyur, 18%-i yemək bişirir, 9%-i isə idman edir və ya gəzintiyə çıxır.

Cihazı müvəqqəti olaraq istifadə edə bilməməsinə baxmayaraq, etdikləri işlərdən yayınmaq istəməyənlər də var. Təxminən hər dördüncü istifadəçi başladığı işi davam
etdirmək üçün başqa bir cihaz götürür: 27%-i bunu onun iş cihazı yenilənərkən, 23%-i isə şəxsi cihazı bu porsesdən keçərkən edir.

“Yüksək səviyyədə təhlükəsizlik təmin etmək və yeni xüsusiyyətlərə çıxış əldə etmək üçün proqram təminatının yenilənməsi olduqca vacibdir. Satıcılar təcavüzkarlar tərəfindən istifadə edilə biləcək zəifliklərin aşkarlanması və düzəldilməsi də daxil olmaqla, daim məhsullarını təkmilləşdirməyə çalışırlar. Bu səbəbdən də bu prosesi təxirə salmamağı, effektiv qorunma üçün yeniləmələri vaxtında quraşdırmağı tövsiyə edirik”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: İşçilərin korporativ zənglərdən necə boyun qaçırdığı araşdırıb

Kaspersky: İşçilərin korporativ zənglərdən necə boyun qaçırdığı araşdırıb

21-06-2021
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Kabelsiz şarj cihazı

Kabelsiz şarj cihazı

25-08-2009
Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
VPN nədir və onu necə seçmək lazımdır?

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022
Vahid şarj cihazı artıq satışda

Vahid şarj cihazı artıq satışda

29-12-2009
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kaspersky Embedded Systems Security həllini yeniləyib.

Kaspersky Embedded Systems Security həllini yeniləyib.

30-04-2020
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023
Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

Kaspersky: Microsoft Exchange Server-ə hücumlar artıb

09-09-2021
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
FinSpy messencerlərdəki yazışmaları oxuyur

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019
Vahid şarj cihazı standartı yaradılır

Vahid şarj cihazı standartı yaradılır

07-07-2009
Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

Kaspersky: Tanışlıq xidmətlərindən istifadə edənlər onlayn təqibin qurbanına çevrilir

16-08-2021
Bitcoin-lə ödənişin mümkün olduğu Sweetbit cihazı ixtira edilib

Bitcoin-lə ödənişin mümkün olduğu Sweetbit cihazı ixtira edilib

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə