Previous Next
Bağla

DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır

25-05-2024 11:24
DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır

“Analoqu olmayan gömrük rüsumları: HDD 5%, SSD 15%… Ağlasığmaz olsa da reallıq belədir. DGK müasir olan üçün daha yüksək rüsum, köhnə olan üçün daha az rüsum alır”.

Xeberler.az  xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin  direktoru s Osman Gündüz deyib. Onun sözlərinə görə, uzun illərdir ki, texnologiyalar sahəsində ixracla məşğul olan yerli şirkətlərimiz qonşu ölkələrdə bu tip rüsumların ümumiyyətlə mövcud olmaması, bizdə isə nəinki mövcud olması , hətta hədsiz yüksək olmasından danışırlar.“Düşündüm ki, gömrükdə rəhbərlik dəyişiləndən, islahatlar elan olunandan sonra yəqin nəsə dəyişikliklər ola bilər.

Bu fikirlə bir qədər texnoloji avadanlıqların gömrük rüsumlarını, “Malların nomenklaturasını”, onların kodlarını və mövcud tariflərini bir qədər araşdırdım.

 Və hədsiz dərəcədə təəccüblənib, məyus oldum.

İlk öncə diqqətimi cəlb etdi ki, bu nomenklatura sanki 50-60-70-ci illərdə hazırlanıb. Malların , avadanlıqların adları məhz həmin dövrlərə uyğundur.Təsnifatlaşdırma isə kökündən yanlışdır. Yəni müasir olan üçün, innovativ olanlara daha yüksək tariflər müəyyən olub, köhnələr üçün aşağı tariflər hesablanıb.

Məsələn, illərdir ki, daha müasir sərt disk olaraq SSD disklərdən istifadə edilir. Onlar üçün qəliz bir təsnifatlama aparılıb və 15% gömrük rüsumu müəyyən edilib. Amma 50 il bundan öncədən başlanıb istifadə edilən HDD üçün 5% gömrük rüsumu müəyyən edilib.Bunun bir məntiqi izahı varmı görəsən? Güman ki, bizim ixracla məşğul olan şirkətlərimiz də bu cür anlaşılmaz və absurd gömrük rüsumlarına görə məhz köhnə texnologiyaları ölkəyə daşımaqda maraqlıdırlar. Yaxud da təzələrini daha yüksək qiymətə təklif edirlər.

Düşünürəm ki, DGK tez bir zamanda bu mal nomenklaturasını köklü surətdə yenidən işləməli, gömrük rüsumlarına yenidən baxılmalı, müasir texnoloji tendensiyalar nəzərə alınmalı və daha çevik və inkişafa dəstək verə biləcək bir layihə hökumətə təqdim edilməlidir.Hökumət isə nəzərə almalıdır ki, qonşu ölkələrdə yanaşma tam fərqlidir, bu tip texnoloji avadanlıqlara onlarda gömrük rüsumları tətbiq olunmur.

Odur ki, onların daha müasir olan texnologiyalara əlçatanlığı bizdən daha yükəskdir. Onlar daha çox rəqabətə davamlıdırlar. Güman ki məhz bu səbəbdən son zamanlar sanksiya altında olan Rusiya bazarlarına texnologiyalar məhz qonşulardan , Ermənistan və Gürcüstandan və s. digər qonşularımızdan daşınır.Yəni, onlar nəinki bizdən ucuz alırlar, həm də ucuz alıb qonşulara da satırlar .
Ümid edirəm qərar qəbul edənlərimiz bunları nəzərə alacaqlar”.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bugündən mobil telefonların qeydiyyatı sərtləşdirildi-ŞƏRH

15-02-2023

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün rəqəmsal həll niyə yaradılmır?

19-07-2023

Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"

03-11-2020

Osman Gündüz: "Moskva razılaşması istənilən an pozula bilər"

11-10-2020

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021

DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

30-08-2023

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019

İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

21-04-2025

Osman Gündüz: \"İnternet istifadəçiləri aldadılır \"

02-04-2014

Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

06-09-2019

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

Mobil telefonlar bahalaşa bilər

20-06-2018

Ekspert : Tariflər təbii inhisar subyektlərinin mövqeyini qoruyub saxlamağa xidmət edir

29-11-2018

Ekspert: Milli Televiziya və Radio Şurası haradadır ?

14-09-2019

"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?

14-03-2023

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019

Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

30-01-2018

Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

31-03-2022

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

12-03-2020

Super Talent, Eee PC netbukları üçün SSD təqdim edir

09-10-2008

Azərbaycan İnterneti məhdudlaşdırıla bilərmi ?

16-11-2016

Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə