Məşhur müğənnidən sərt reaksiya: “Özünüzdən utanmalısınız”

16-03-2018 / 14:26

Məşhur müğənni Rihanna Snapchat-dakı reklama sərt reaksiya verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, buna səbəb platformada “Rihanna-nı yumruqlamaq istəyirsən?” adlı reklam olub.

Belə ki, Snapçat-ın başı platformada paylaşılan bir reklam səbəbiylə bəladadır. Mobil oyun üçün reklamda "Rihanna, yoxsa Chris-i yumruqlamaq?" kimi ifadələr müğənnini qəzəbləndirib.

2009-cu ildə sevgilisi Chris Brown tərəfindən fiziki zorakılığa məruz qalan dünya şöhrətli ulduz Rihanna Instagram hesabından bu reklama sərt bir şərh yazıb:

“Kəşkə bunun cahilliyin bir nəticəsi olduğunu deyə bilsəydim. Amma kimsənin bu qədər axmaq olacağını təsəvvür edə bilmirəm. Şiddət görənləri utandırmaq və bu “əyləncə” üçün pul xərclədiyinizi görürəm. Bu reaksiyam özümlə bağlı deyil, çünki keçmişdə yaşadıqlarımdan utanmıram. Amma mənim timsalımda bütün zorakılığa məruz qalan qadınları, uşaqları təhqir etdiniz. Özünüzdən utanmalısınız”.

Məşhurun bu paylaşımına Snapchat rəhbərliyi dərhal şərh verib:

“Bu reklamın həqiqətən iyrənc olduğunü düşünürük. Platformamızın daşıdığı düşüncə ilə kəsinliklə uyğunlaşmayan reklamların yayımlanmaması lazım idi. Bu qorxunc səhv üçün üzr istəyirik. Bu cür hadisələrin birdə baş verməyəcəyinə əmin olmaq üçün əlimizdən gələni edəcəyik”.

Məlumatlara görə, Rihanna bu üzrü qəbul etməyib və məsələ ilə bağlı hüquqi orqanlara müraciət etməyə hazırlaşır.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə