“Mobil telefonlar yeni tədqiqat sahələri yaradır”

27-04-2018 / 16:08

AMEA İnformasiya Texnologiyaları İnstitutunuda “Mobil telefonlar vasitəsilə cəmiyyətin analizi sisteminin perspektivləri” mövzusu ilə bağlı elmi seminarı keçirilib.

Xeberler.az məlumat verir ki, öncə çıxış edən AMEA-nın akademik-katibi, institutun direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev tədbirin “Mobil telefonlar vasitəsilə cəmiyyətin analizi sisteminin perspektivləri” mövzusuna həsr olunduğunu bildirib.

Alim bu kimi seminarların mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliyinin artırılması və davamlı olaraq inkişafı baxımından zəruri olduğunu vurğulayıb.

Məruzəni təqdim edən şöbənin əməkdaşı Fidan Sadıqova cəmiyyətdə informasiya texnologiyaları inkişaf etdikcə mobil telefonlar vasitəsilə əlaqələrin yeni tədqiqat sahələrinin yaranmasına yol açdığını söylədi, problemin aktuallığı, qoyulan məsələlər haqqında ətraflı məlumat verib.

Bildirib ki, müxtəlif vaxt kəsimində insanlar arasındakı ünsiyyəti xarakterizə edə bilmək, onların ictimai qarşılıqlı əlaqələrini anlamaq üçün mobil telefonlarla əlaqələrin analizi böyük əhəmiyyət kəsb edir:

“Bu üsulla cəmiyyətdə sosial əhəmiyyətli hadisələri aşkar etmək, proqnoz vermək və qərarlar qəbul etmək mümkündür.

Məruzəçi məsələnin həlli üçün dünya təcrübəsindən nümunələr təqdim etdi, bu sahə üzrə ən geniş yayılmış metod və alqoritmlərdən danışıb. F.Sadıqovanın sözlərinə görə, mobil telefonlar vasitəsilə mürəkkəb məlumatların analizini aparmaq üçün əldə olunan verilənləri bir şəbəkə kimi modelləşdirmək əsas şərtdir.

Mobil şəbəkələrdən  əldə edilən  məlumatların insanları və ya coğrafi məkanları əks etdirdiyini qeyd edən məruzəçi  şəbəkələrin cəmiyyətin intellektual səviyyəsinin ortaya çıxmasında boyük rol oynadığını bildirib.

O, həmçinin mobil telefonlarla əlaqələrin analizində istifadə olunan PageRank alqoritminin imkanları haqqında məlumat verib:

“PageRank Google şirkətinin 2014-cü ilədək sayt sıralamasında istifadə etdiyi, veb-sayta təyin edilmiş dəyəri göstərən sadələşdirilmiş alqoritmdir. Bu dəyər xüsusi məzmun, səhifəyə verilən bağlantılar və ona istinad edən səhifələrin keyfiyyətindən asılı olaraq dəyişir ”.

Sonra çıxış edən akademik Rasim Əliquliyev aparılan elmi tədqiqatların səmərəliyinin artırılması üçün işlərin əməkdaşlar arasında bölünməsinin və həll yollarının dəqiqləşdirilməsinin vacib olduğunu bildirib. Alim qeyd edib ki, hər bir əməkdaşın tədqiqat sahəsi aydın müəyyən olunmalı və onun iş təcrübəsi, təhsili nəzərə alınmalıdır. Tədqiqata cəlb olunan əməkdaşlar bu sahəni ciddi araşdırmalı, dünya təcrübəsini öyrənməli, elmi-nəzəri əsasları dərindən mənimsəməlidirlər.

Akademik R.Əliquliyev məruzəçiyə mobil telefonların sosial şəbəkəsinin analizi ilə əlaqədar elmi əsərlərin dərindən araşdırılması və icmal xarakterli məqalənin hazırlanmasını tövsiyə edib.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə