Informatika üzrə Ümumrespublika Olimpiadası keçirilir

16-04-2012 / 18:17
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib.   

Olimpiadanın 15 aprel 2012-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.

İlk mərhələnin nəticələrinə görə, Olimpiadanın ikinci (final) mərhələsinə respublikanın 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb. Bununla yanaşı, cari ildə olimpiadanın ilk mərhələsində regionlardan qoşulan komandaların aktivliyi nəzərə alınaraq, finala müsabiqədən kənar 9 komanda dəvət olunub.

Olimpiadanın final mərhələsinin 29 aprel 2012-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi planlaşdırılır.

Olimpiadada ilk 4 yerə layiq görülən komandalar Azerfon və BestComp Group şirkətlərinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə