“İPhone 6” 100 dollara satışda

21-01-2015 / 13:14

Çin son zamanlarda Xiaomi və Meizu ilə“ağıllı” telefon dünyasındakı “saxta telefon” imicindən qurtulmağa çalışsa da, hərdən klon telefonlar çıxarmağa davam edir.

2 ay əvvəl Apple-nin istifadəçilərə təqdim etdiyi "iPhone 6" və "İphone 6 Plus"-un məhsullarını ,demək olar ki, təqlid edən  Çinli OEM şirkətinə aid telefonun adı da görünüşü kimi saxtadır. “Octa-Core”(cihazların prosessorlarında istifadə edilir, hərfi mənası səkkiz nüvə deməkdir)  telefonuna baxanda , sanki bir iPhone 6-ya baxırsınız.

Cihazın sistem xüsusiyyətlərinə isə baxdıqda prosessor olaraq 1.4GHz saat sürətində işləyən səkkiz nüvəli MediaTek MT6592M-i görürük.

5 düyüm ekranı olan cihazın keyfiyyəti  isə 1280x720p-dir. 1 GB RAM, 8 GB daxili yaddaşa  və Android 4.4.2 KitKat-a malik olan telefonun qiyməti isə 100 dollar dəyərində təyin olunub.

Əfsanə Şərif


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə