Previous Next
Bağla

Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

15-07-2020 10:08
Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir
Xeberler.az bildirir ki, bir sıra xəbər saytlarımıza kiber hücumlar olub. Nəticədə bu informasiya resurslarının fəaliyyətində müyyən problemlər yaşanıb.
 
"Ümumiyyətlə, Ermənistanla müharibə şəraiti vəziyyətində olan ölkəmizin milli informasiya resursları zaman-zaman bu tip kiber hücumlara məruz qalır".
 
Bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Müharibənin getdiyi indiki zamanda isə aparıcı informasiya resurslarımızın, onların sosial media resurslarının dayanıqlığı ciddi əhəmiyyət kəsb edir.
 
Son müharibələrin də tarixi göstərir ki, düşmən tərəf əsas informasiya resurslarını sıradan çıxarmağa ciddi önəm verir.
 
Bu arada xarici dillərdə informasiya yayan bizim milli resurslarımıza qarşı kiberhecumların daha da kəşkinləşəcəyini gözləmək olar. Ön cəbhədə aktiv döyüşlər getdiyi bir zamanda informasiya məkanında da müharibənin kəskinləşəcəyi qaçılmazdır. Düşmən hər vasitə ilə informasiya resurslarımızın normal fəaliyyətini əngəlləməyə, imkan olarsa sıradan çıxarmağa çalışacaq. Auditoriyası geniş olan informasiya resursu sahibləri isə daha diqqətli olmalıdır.
 
Bu resursların dayanıqlığı bir informasiya təhlükəsizliyi məsələsidir. Vətəndaşlarımız ilk informasiyanı, doğru düzgün informasiyanı məhz bu resurslardan alırlar. Bu isə ictimai fikrin, əhal-ruhiyyənin formalaşmasında mühüm rol oynayır".
 
Ekspert məsələnin həlli ilə bağlı bir sıra təkliflər irəli sürüb:
 
"Düşünürəm ki, müharibə şəraitində olan ölkənin informasiya resursunun təhlükəsizliyinin təminatını yalnız bu resurs sahiblərinin üzərinə atmaq da doğru olmazdı. Əlbəttə ,ilk öncə xəbər saytlarının rəhbərləri öz resurslarının təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Sahə üzrə peşəkar mütəxəssislər cəlb edilməlidir. Alternativ data mərkəzlərdən istifadə edilməli, daim monitorinq aparılmalı, resursun ehtiyat variantları çıxarılmalıdır, əməkdaşların elementar təhlükəsizlik qayydalarına əməl etməsi təşkil edilməlidir.
 
Bununla belə düşünürəm ki, milli informasiya resurslarımızın təhlükəsizliyinə hökumət də diqqət yetirməli, dəstək göstərməlidir.Zəruri informasiya insanlara həmişə bir anda, zamanında gərəkli olur.
 
Vətəndaşlarımız bu informasiyanı haradan əldə edir? 
 
Bu baxımdan müharibə şəraitində milli informasiya resurslarımızın dayanıqlığı çox əhəmiyyət kəsb edir.
 
Düşünürəm ki yerli data mərkəzlərdən internet media üçün güzəştli istifadəylə bağlı şərait yaradılmalı, təhlükəsizliklə bağlı mütəxəssis hazırlığına, təlimlərin keçirilməsinə, xəbər saytlarının təhlükəsizliklə bağlı audit olunmasına KİVDF köməklik göstərməli, bu məqsədlə resurslar ayırmalıdır. KİVDF xəbər saytlarının texniki xərclərini də öz üzərinə götürə bilərdi. KİVDF-nin 5 -10 nəfərin oxuduğu hansısa qəzetə 20 min pul ayırmaqdansa 20 min adamın daxil olduğu xəbər saytının təhlükəsizliyi qayğısına qalması daha doğru olardı.
 
Yeri gəlmişkən, düşünürəm ki, dövlətə məxsus internet resurslarının və dövlət informasiya resurslarının təhlükəsizliyinə də bu arada diqqət artırılmalıdır. Alternativlərin , rezervlərin qaydasında və işlək vəziyyətdə olmasına xüsusi diqqət yeyirilməlidir".
 
Osman Gündüz bildirib ki, kiber hücuma məruz qalan vətəndaşlar, həmçinin xəbər resursların sahibləri informasiya təhlükəsizliyi ilə bağlı, metodiki-informasiya dəstəyi üçün NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edə bilərlər.
 
"Adı çəkilən dövlət xidməti bu arada qeyri-dövlət sektorunun, vətəndaşların informasiya təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirməli, metodiki-informasiya dəstəyini gücləndirməlidir" - deyə sonda Osman Gündüz bildirib.
 

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan İnternet Forumunun  açıqlaması

Azərbaycan İnternet Forumunun açıqlaması

04-08-2014
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Osman Gündüz :  Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015
Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021
Milli İnternet resurslarımıza hücumlar artacaq

Milli İnternet resurslarımıza hücumlar artacaq

23-04-2015
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021
Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

Osman Gündüz: İnformasiya təhlükəsizliyimiz sınaq qarşısındadır

20-02-2025
DTX yeni səlahiyyətlər əldə edib

DTX yeni səlahiyyətlər əldə edib

07-07-2022
Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019
“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriIəcək.

17-01-2014
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023
“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015
AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016
Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

01-08-2012
DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015
Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

Kritik informasiyaların təhlükəsizliyi necə təmin ediləcək?-ŞƏRH

20-07-2023
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025
Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə