Previous Next
Bağla

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025 14:59
Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sistemi üzərindən edilən vətəndaş müraciətlərinin sayı və dinamikası davamlı olaraq təhlil edilir. Bu təhlillərdən əldə edilən nəticələrə əsasən, tənzimləyici bazar subyektlərinə vətəndaş məmnunluğunun artırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində tövsiyə və təkliflərini verir.

Xeberler.az bildirir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu sistemdə hər bir telekommunikasiya operator və provayderinin, o cümlədən poçt rabitəsi operatorunun şəxsi kabineti var. İstehlakçılardan daxil olan şikayətlər birbaşa həmin şəxsi kabinetlərdə əks olunur. Agentlik isə xidmət üzərindən prosesləri izləmək və təhlil etmək imkanı əldə edir.

Ümumilikdə 2025-ci ilin noyabr ayı ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 484 şikayət daxil olub. Bu müraciətlərin 48.2%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 34,9% mobil internet və rabitə xidmətləri, 16,9%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 16 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 54 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə noyabr ayı ərzində “E-Şikayət” sisteminə 484 müraciət daxil olub. Bu müraciətlərin böyük qismi – 50%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 42.1%, telefon rabitəsi üzrə isə 7.9%-dir.

Effektiv təhlil üçün hər bir xidmət üzrə müraciətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılır.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 24.9%-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 8%-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir.

Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (2,74%),
xidmətin dayandırılması (1,74%) və infrastruktur ilə bağlı (1,24%) əsas kateqoriyalara ayrılıb.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 1,24%-lə tariflər, 0,5%-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər və izahlı qaimələrin əldə edilməsi barədə qeydə alınıb. 

Poçt rabitəsi xidmətləri üzrə noyabr ayı ərzində 82 müraciət daxil olub. Bu da sistemə daxil olan ümumi şikayətlərin 16,9%-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 73.2%-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 7.3% müraciətlər müştəri xidmətləri, digər 19.5% isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 68,30%-i sürətli poçt xidmətləri, 31,70%-i universal poçt xidmətləri barədə olub.

Agentlik tərəfindən həmçinin daxil olan şikayətlərin sosial-coğrafi meyarları da təhlil edilir. 

Beləliklə, müraciət edərkən ünvan olaraq vətəndaşların 55,17%-i Bakını, 7,64%-i Sumqayıtı, 7,02%-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 80,8%-də vətəndaşlar 10 bölgəni (Bakı, Sumqayıt, Abşeron – Xırdalan, Gəncə, Cəlilabad, Lənkəran, Göygöl, Masallı, Xaçmaz, Ağsu) ünvan olaraq qeyd ediblər.

Ümumilikdə isə sistem üzərindən noyabr ayı üzrə 91,1% kişi, 8,9% qadın müraciət edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

İKTA: “E-Şikayət” ilə edilən müraciətlərin 45,8 faizi internetlə bağlıdır

13-04-2026

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA-da poçt rabitəsi operatorları ilə görüş keçirilib

19-11-2025

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018

İyul ayı ərzində 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

09-08-2018

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

Sentyabrda “Azərpoçt”-a 1682 müraciət qeydə alınıb

09-10-2023

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə