Previous Next
Bağla

Onlayn oxucu müsabiqəsinin I raundu başa çatdı

09-03-2016 11:10
Onlayn  oxucu müsabiqəsinin I raundu  başa çatdı

Məlumat verdiyimiz kimi,  “Altun kitab” nəşriyyatının məktəb şagirdləri arasında həyata keçirdiyi “Altun piramida” oxucu müsabiqəsi  keçirir.

Bu günlərdə müsabiqənin I raundu başa çatıb.

 Nəşriyyatın sözçüsü Salatın Şıxlinskaya Xeberler.az-a bildirib ki,  “Altun piramida” internet vasitəsilə onlayn rejimdə keçirilən müsabiqədir. İştirakçılar nəşriyyatın saytında qeydiyyatdan keçir, müsabiqə ilə bağlı elanları buradan izləyə bilirlər:

“Müsabiqənin keçirilməsi üçün xüsusi proqram yaradılıb. İştirakçılar təyin olunmuş vaxtda saytın müvafiq bölməsinə daxil olurlar və hamı üçün eyni vaxtda ekrana suallar çıxır. Suala 1-ci düzgün cavab verən iştirakçı bal qazanır. Bu tipli onlayn müsabiqə ölkəmizdə ilk dəfə keçirildiyindən proqram tərəfdən bir qədər narahat idik. Ona görə də I raunda qədər bir neçə sınaq raundu keçirdik. Proqramın qüsursuz işlədiyinə əmin olduq, eyni zamanda iştirakçılar onlayn müsabiqənin texnologiyasını mənimsədilər ”.

Onun sözələrinə görə, I raundun mövzusu “Elmi fantastika”  olub. Siyahıda Jül Vern, Herbert Uels kimi klassiklərlə yanaşı, müasir Azərbaycan yazıçısı Reyhan Yusifqızının da əsəri var  qoyulub:

“ Artıq 500-ə yaxın şagird qeydiyyatdan keçib. I raundda 160 şagird iştirak etdi. Sevindirici haldır ki, regionlardan da müsabiqəyə. I raundun nəticələrinə görə qalib onluqda Masallı və Kürdəmir rayonunun şagirdləri var. Bakıdan isə 281, 6 nömrəli məktəblərin, Bakı Avropa liseyinin şagirdləri daha çox fəallıq göstərirlər. Müsabiqə çox şəffaf şəraitdə keçirilir. Hər bir şəxs indi də altunkitab.az saytına daxil olub kimin hansı suala necə və neçənci saniyədə cavab verdiyini görə bilər. Bir sözlə, suallar açıq tipli olsa da, qaliblərin müəyyənləşdirilməsində subyektiv faktoru minimuma endirmişik ”.

O qeyd edib ki, 1-ci raundun qalibi 52 nömrəli məktəbin 9-cu sinif şagirdi Röya Məlikzadə olub.

O, 30 sualdan 16-a birinci olaraq düzgün cavab verdi. Hər raundda ən yüksək nəticə göstərmiş 10 iştirakçı müəyyən olunur və mükafatlandırılır. 1-ci yeri tutmuş şagirdə planşet hədiyyə edirik. Qalan şagirdlər nəticələrindən asılı olaraq müxtəlif sayda kitablarla mükafatlandırılırlar.

Salatın Şıxlinskaya  deyib ki, bu müsabiqədə hər raund müstəqil bir yarışmadır. Ona görə də hər bir şagird istənilən vaxt saytımızda qeydiyyatdan keçib müsabiqəyə qoşula bilər:

“Artıq 2-ci raundun mövzusu və kitab siyahısı elan olunub. Bu raund aprelin 17-də Beynəlxalq Kitab Günü ərəfəsində keçiriləcək. Beş raunddan sonra ən yüksək nəticə göstərmiş 25 iştirakçı arasında yarımfinal keçiriləcək. Onların arasından beş  iddiaçı finala vəsiqə qazanacaq. Final yarışması virtual deyil, real məkanda keçiriləcək. Burada uşaqlar yalnız bilik deyil, həm də ümumi erudisiya, məntiqi təfəkkür və ritorika bacarıqlarını nümayiş etdirəcəklər. Həm də biz əmin olmalıyıq ki, iştirakçılar suallara kənar kömək olmadan cavab verir”.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Facebook-u şagirdlər üçün daha faydalı etməyə çalışırıq”

28-01-2016

Şagirdlər üçün “Bebras” - İnformatika və Alqoritmik düşüncə yarışması keçirilir

01-11-2023

Bakı Elm Olimpiadasının I mərhələsinin tarixi açıqlanıb

27-04-2022

Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək

31-10-2025

“BilBacar” müsabiqəsi yenidən başlanır

30-10-2025

“Məktəblilərarası Milli Hakaton-2025”in olimpiada mərhələsi keçirilib

30-05-2025

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016

Məktəblilər arasında informatika olimpiadaları keçirilir

19-11-2015

“Milli Hakaton” müsabiqəsinin seçim mərhələsi başa çatıb

29-04-2025

Məktəblilər arasında Google SketchUp müsabiqəsi keçirilib

11-03-2015

“BilBacar” müsabiqəsinin IV “Yarış” mərhələsinə start verilib

06-04-2026

Şagirdlər arasında beynəlxalq informatika müsabiqəsi keçirilir

30-11-2016

“BilBacar” müsabiqəsinin qaydaları açıqlanıb

03-11-2025

Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

05-11-2025

Fənn olimpiadaları və fənn müsabiqələrinə seçim imtahanları keçiriləcək

15-11-2022

Google SketchUp müsabiqəsinin qalibləri mükafatlandırılacaq

28-04-2017

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

“Bebras müsabiqəsinin təşkili üçün müəyyən fond ayrılsın”

28-10-2015

Google SketchUp müsabiqəsinin qalibləri mükafatlandırıldı

14-03-2015

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb

26-08-2013

Şagirdlər üçün daha bir pulsuz onlayn sınaq imtahanı

18-11-2022

“Microsoft Imagine Cup”-ın yerli final mərhələsində 24 komanda yarışacaq

29-01-2016

“Bebras” müsabiqəsinin final turu keçirilib

29-04-2026

“Nar Mobile”-dan kitab həvəskarları üçün onlayn müsabiqə

12-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə