Previous Next
Bağla

Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?

10-04-2025 13:06
Osman Gündüz: Milli Korpus və Az-LLM nə zaman yaradılacaq?
"Uzun müddətdir ki, ölkəmizdə Milli Korpusun formalaşdırılması, Azərbaycan dili üçün Təbii Dilin Emalı modelinin yaradılması müzakirə predmetidir. İllər öncə RİNN-in dəstəyilə Dilmanc layihəsi çərçivəsində bu istiqamətdə müəyyən addımlar atılsa da, hazırda görünən odur ki, ölkəmiz bu istiqamətdə xeyli ləngiyib. Bununla bağlı çox yazılıb".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bu sahədə indiyədək pərakəndəlik müşahidə olunurdu, kimin buna cavabdeh olacağı məlum deyildi, əvvəllər formalaşmış resurslara əlçatanlıq təmin edilməmişdi:
 
"Bir neçə gün öncə Prezidentin təsdiqlədiyi Süni İntellekt Strategiyasında bu məsələlərə də aydınlıq gətirilib.
 
Strategiyada diqqət çəkən məqamlardan biri də Azərbaycan dilində böyük verilənlər bazalarının (Milli Korpusun) yaradılması, yüksəkdəqiqlikli dil modellərinin (Təbii Dilin Emalı) hazırlanması və azı 5 dövlət xidmətində bu texnologiyaların tətbiqinin nəzərdə tutulmasıdır".
 
Görəsən kim, hansı qurum bununla məşğul olacaq ?
 
Osman Gündüz bu suala cavab olaraq bildirib ki, qeyd olunanların reallaşmasına əsas cavabdeh qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər icraçı qurum da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müddət də 2026-28 ci illər nəzərdə tutulub:
 
"Strategiyada bu istiqamətdə qeyd olunanların reallaşdırılması ilə bağlı hələlik adı çəkilən qurumların açıqlamaları olmayıb. Hansı işlərin görüləcəyi, hansı addımların atılacağı hələlik məlum deyil".
 
Osman Gündüz qeyd edib ki, TDE sistemləri süni intellekt modellərini "öyrətmək" üçün nəhəng dataya ehtiyac duyur. Azərbaycan dilində müxtəlif mənbələrdən (xəbərlər, rəsmi sənədlər, sosial media, tədris materialları, lüğətlər, ensiklopediyalar, elmi ədəbiyyatlar və s.) toplanan və təmizlənmiş milyonlarla məlumatlardan ibarət Milli Korpus yaradılmalıdır:
 
"AZ-LLM qurulması üçün hansı addımların atılacağı, qlobalda mövcud olan modellərin Azərbaycan dilinə uyğunlaşdırılması və ya sıfırdan hazırlanması məsələsinə aydınlıq gətirilməlidir.
 
Düşünürəm ki, Azərbaycan dilinin qorunması və spesifikliyi baxımından, onun rəqəmsal mühitdə inkişafı, xüsusilə də təhlükəsizlik baxımından Az-LLM zəruridir.
 
Az-LLM Azərbaycanın süni intellekt sahəsində irəliləyişi üçün əsas baza olmalı və dilimizin qlobalda daha geniş istifadəsini təmin etməlidir.
 
Düşünürəm ki, Strategiyada nəzərdə tutulan 5 pilot dövlət qurumu olaraq ƏƏSMN, Ədliyyə Nazirliyi, DİN, ETN, VXSİDA, DVX, İRİA (myGov) və s. qurumlarda vətəndaşla ünsiyyətin qurulmasında, sənəd analizində, vətəndaşların suallarının avtomatik cavablandırmalarında, chatbotlar və məlumatların təsnifatında və s. xidmətlər və istiqamətlər üzrə TDE texnologiyaları tətbiq etmək məqsədəuyğun
olardı".
 
Ekspert ümid edir ki, RİNN, VXSİDA və İRİA tezliklə maraqlı tərəfləri, aidiyyatı qurumları və universitetləri, tədqiqatçıları, həmçinin bu sahədə müəyyən təcrübəsi olan biznes qurumlarını bir araya gətirərək bu istiqamətdə bir Yol Xəritəsi hazırlanmasına və icrasına start verəcək.
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025
Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

Nazirliyin dəstəyilə yaradılan Azərbaycan dilinin milli korpusu haradadır ?

27-03-2024
“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025
Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

Biznesin və elmi tədqiqat sektorunun dövlətə məxsus dataya əlçatanlığı yoxdur - Osman Gündüz

03-11-2025
İlk dəfə Azərbaycan dili ilə bağlı forum keçirilib, lakin köhnə problemlər müzakirə edilib

İlk dəfə Azərbaycan dili ilə bağlı forum keçirilib, lakin köhnə problemlər müzakirə edilib

04-09-2023
Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

Osman Gündüz: Süni intellekt Strategiyası bizə nə verəcək?

19-03-2025
Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024
Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025
Ekspert: “Ağıllı kənd” konsepsiyasının reallaşmasına hansı qurum cavabdehdir?

Ekspert: “Ağıllı kənd” konsepsiyasının reallaşmasına hansı qurum cavabdehdir?

09-03-2021
Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022
Rəqəmsal Məcəllədən nə xəbər var ?

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024
“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

10-12-2025
RİNN ötən ilki hesabatını niyə açıqlamır?

RİNN ötən ilki hesabatını niyə açıqlamır?

09-02-2024
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025
Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

Azercell və AWS süni intellekt modelləri üçün texnoloji platforma yaradıblar

05-06-2026
Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025
Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

22-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə