Previous Next
Bağla

Ekspert: Startaplar üçün real bazar imkanlarının artırılması vacibdir

16-06-2026 18:08
Ekspert: Startaplar üçün real bazar imkanlarının artırılması vacibdir

StartupBlink-in 2026-cı il üzrə qlobal hesabatında Azərbaycanın startap ekosistemi 7 pillə geriləyərək 81-ci yerdə qərarlaşıb. Bu geriləmə region ölkələri olan Gürcüstan, Ermənistan, Qazaxıstan və Özbəkistanın mövqelərini yaxşılaşdırdığı bir dövrdə qeydə alınıb.

Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə bağlı paylaşımında bildirib ki, son günlər Taleh Tahirli tərəfindən Dünya İqtisadi Forumu platformasında dərc olunan məqalə diqqət çəkir.

Məqalədə vurğulanır ki, inkişaf etməkdə olan ölkələrdə startap ekosisteminin əsas problemi istedad və ya texnologiya çatışmazlığı deyil. Əsas maneə startapların məhsullarını təqdim edə biləcəyi real müştərilərin, sifarişlərin və bazar tələbinin məhdud olmasıdır.

Osman Gündüz qeyd edib ki, Azərbaycanda qrant proqramları, müxtəlif müsabiqələr, inkubasiya və akselerasiya təşəbbüsləri mövcud olsa da, ilkin mərhələni keçərək böyümək istəyən startapların dəstəklənməsi istiqamətində problemlər qalmaqdadır. Onun sözlərinə görə, bir çox startap məhsulunu kimə satacağını, necə böyüyəcəyini və regional və qlobal bazarlara necə çıxacağını müəyyənləşdirməkdə çətinlik çəkir.

Paylaşımda bildirilir ki, məqalədə iri şirkətlərin öz problemlərini açıq innovasiya çağırışları şəklində elan etməsi və startapların bu problemlərin həllinə cəlb olunması təklif edilir. Bu modeldə böyük şirkətlərin startaplara investor kimi deyil, ilk növbədə müştəri kimi yanaşması vacib hesab olunur.

Bundan əlavə, dövlət satınalmalarında startaplar üçün pilot layihələrin və sınaq imkanlarının yaradılması da təkliflər sırasında yer alır.

Ekspert bu yanaşmaları faydalı hesab etdiyini bildirərək vurğulayıb ki, ölkədə İRİA, KOBİA, ASAN Xidmət nəzdində fəaliyyət göstərən innovasiya təşəbbüsləri, ABB Innovation, SABAH.HUB, Startup Azerbaijan və universitetlərin innovasiya mərkəzləri ekosistemin inkişafına töhfə verməyə çalışır.

Osman Gündüz hesab edir ki, mövcud potensialdan daha səmərəli istifadə etmək üçün diqqət yeni tədbirlərin təşkilindən daha çox startapların real bazarlarla, sifarişçilərlə və müştərilərlə əlaqələndirilməsinə yönəldilməlidir. O, həmçinin İRİA-nın dövlətə məxsus məlumatların açılması və innovativ məhsulların inkişafına imkan yaradan təşəbbüslərə daha çox diqqət ayırmasının faydalı ola biləcəyini qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan startap ekosisteminin növbəti inkişaf mərhələsi üçün əsas prioritet yeni tədbirlər keçirmək deyil, startapların real iqtisadiyyatın tələbləri ilə daha effektiv şəkildə inteqrasiyasını təmin etməkdir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

“Enterprise Azerbaijan” və “Astana Hub” arasında əməkdaşlıq qurulur

04-06-2026
İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025
Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023
İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

İRİA ekosistemin inkişafına yönəlmiş açıq tender elan edib

02-06-2026
Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018
Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024
"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

"ASAN AI Hub" beynəlxalq analitik mərkəzin diqqətində

18-02-2026
İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025
ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024
İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025
Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023
“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025
“Investment Readiness” adlı “bootcamp” keçirilir

“Investment Readiness” adlı “bootcamp” keçirilir

14-08-2025
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı baş tutub

05-12-2025
Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024
Azərbaycan dünya startap reytinqində irəliləyib

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022
INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018
İnvestorlar üçün real startap fürsətləri

İnvestorlar üçün real startap fürsətləri

20-02-2021
ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

ADAU-nun İnnovasiya Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

30-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə